BAKI,AzerVoice, Nailə Babazadə
Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı jandarma tərəfindən son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata görə, ölkənin 63 vilayətində keçirilən əməliyyatlar zamanı ümumilikdə 1 ton 343 kiloqram narkotik vasitə və 178 min 615 ədəd narkotik tərkibli həb müsadirə edilib.
Əməliyyatlar çərçivəsində 424 şübhəli şəxs saxlanılıb. Onlardan 162-si barəsində həbs qətimkan tədbiri seçilib, 70 nəfər haqqında isə məhkəmənin nəzarət tədbirləri tətbiq olunub. Digər saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
