Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livan hökuməti ilə Hizbullah arasında "vətəndaş müharibəsi" xəbərdarlığı gərginliyi artırıb

    15 Yanvar 2026 11:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salamın silahların yalnız dövlət nəzarətində olması planını Litani çayının şimalına qədər genişləndirmək qərarı Hizbullahın sərt reaksiyası ilə qarşılanıb.

    AzerVoice xəbər verir ki, Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati dövlət televiziyasına müsahibəsində hökumətin bu addımını ölkəni xaos və qeyri-sabitliyə sürükləmək cəhdi kimi qiymətləndirib. O, silahların təhvil verilməsi ilə bağlı təzyiqlərin qəbuledilməz daxili vəziyyət yaradacağını və hətta vətəndaş müharibəsinə səbəb ola biləcəyini vurğulayıb. Qəmati bildirib ki, Hizbullah silahlarının taleyi müzakirə olunmazdan əvvəl İsrail Livanın suverenliyini pozmağı dayandırmalı və işğal etdiyi məntəqələrdən çəkilməlidir.

    Hizbullahın təhdidlərinə cavab verən Livanın sənaye naziri Co İssa Əl-Xuri isə vətəndaş müharibəsi ehtimalının qeyri-legitim silahlı qrupla dövlətin rəsmi ordusu arasında ola bilməyəcəyini deyib. O, regionun inkişaf etdiyi bir dövrdə Livanın geriyə getdiyini və ordunun silahları toplamaq planının martın sonunadək tam başa çatmalı olduğunu qeyd edib. Nazir xatırladıb ki, vaxtilə ölkənin ən güclü milis qrupu olan "Livan Qüvvələri" silahlarını təhvil verərək dövlət quruculuğuna dəstək verib və eyni addım bu gün Hizbullahdan gözlənilir.

    Eyni zamanda, Livanın xarici işlər naziri Yusif Racinin Hizbullahın silahlarını tam təhvil verməməsinin İsrailə hücumlar üçün bəhanə yaratdığı barədə açıqlaması "Şiə tandemi"nin (Amal və Hizbullah) kəskin etirazına səbəb olub. Millət vəkilləri naziri dövlət suverenliyinə xələl gətirməkdə və İsrailin təcavüzünə bəraət qazandırmaqda ittiham edərək onun istefasını tələb ediblər. Hökumət daxilindəki bu dərin çat Livanın gələcək sabitliyi ilə bağlı ciddi narahatlıqlar yaradır.

    #Livan #Livan xəbərləri #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #Hizbullah Livan ordusu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan Prezidenti Cozef Aun və Hizbullah arasında gərginlik pik həddə çatıb

    14 Yanvar 2026 11:56

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Öncə aldadıldıq, sonra bombalandıq – Qəddafinin qızından İrana çağırış

    12 Yanvar 2026 14:52

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL

    3 Yanvar 2026 09:40

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    2 Yanvar 2026 16:26

    UNIFIL Cənubi Livanda ciddi pozuntu barədə xəbərdarlıq etdi

    27 Dekabr 2025 09:54

    Livan Prezidenti parlament seçkilərinin vaxtında keçiriləcəyini təsdiqləyib

    25 Dekabr 2025 15:53

    Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan

    25 Dekabr 2025 15:46

    İsrail Livanın cənubuna dron hücumu həyata keçirib

    25 Dekabr 2025 12:41
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə–İran sərhədində 24 saatlıq təhlükəsizlik rejimi tətbiq olunur - Türkiyə MN

    Türkiyə vitse-prezidenti ABŞ səfirini qəbul edib

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Avropa ölkələri Qrenlandiyaya hərbi qüvvə göndərir: ABŞ ilə gərginlik artır

    Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    İran hava məkanını yenidən açdı

    Bakıda zikhlərə və etnik azlıqlara qarşı repressiyalar müzakirə olunacaq

    Türkiyə Sudan sülhü üçün Qahirədə keçirilən kritik müşavirədə iştirak edib

    BOKT "International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.