Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İsrailin Qəzzada yeni silahı – KÜTLƏVİ ACLIQ

    23 İyul 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    100-dən çox qeyri-hökumət təşkilatı çərşənbə günü Qəzza zolağında “kütləvi aclıq” təhlükəsinin sürətlə artdığı barədə xəbərdarlıq edib. Bu arada, ABŞ hökuməti humanitar yardım üçün xüsusi “dəhliz” yaradılması məqsədilə ABŞ elçisi Stiv Uitekoffun Avropaya yollanacağını açıqlayıb.

    İsrail, 21 aydan artıq davam edən müharibə səbəbindən mühasirəyə alınmış və dağıdılmış Qəzza zolağında hökm sürən fəlakətli humanitar vəziyyətə görə beynəlxalq təzyiqlərlə üz-üzədir.

    Çərşənbə axşamı Qəzzadakı “Şəfa Tibb Kompleksi” son 72 saat ərzində 21 uşağın qidalanma çatışmazlığı və aclıq səbəbindən vəfat etdiyini açıqlayıb. BMT isə xəbərdarlıq edir: “Aclıq hər bir qapını döyür”.

    “Əl-Səfir”in məlumatına görə, “Sərhədsiz Həkimlər”, “Amnesty International”, “Oxfam International”, “Dünyanın Həkimləri” və “Caritas” kimi nüfuzlu QHT-lər də daxil olmaqla onlarla təşkilat birgə bəyanatla çıxış edərək bildirib: “Qəzzada kütləvi aclıq yayılır, həm əməkdaşlarımız, həm də yardım göstərdiyimiz insanlar əldən düşüblər”.

    QHT-lər dərhal atəşkəsin təmin olunmasını, Qəzzaya bütün quru keçidlərin açılmasını və humanitar yardımın maneəsiz daxil olmasına şərait yaradılmasını tələb ediblər.

    Bu bəyanat, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İsrail ordusunu may ayının sonundan bu yana Qəzzada yardım paylama məntəqələri yaxınlığında min nəfərdən çox insanı öldürməkdə ittiham etməsindən bir gün sonra səsləndirilib. Həlak olanların əksəriyyəti ABŞ və İsrailin dəstəklədiyi, maliyyə mənbələri qeyri-müəyyən olan “Qəzza Humanitar Fondunun” yardım məntəqələrinin yaxınlığında olublar.

    İsrail tərəfi isə HƏMAS təşkilatını fürsətdən istifadə edib yardımları ələ keçirmək və onları yüksək qiymətə satmaqda, eləcə də yardımı gözləyənlərə atəş açmaqda ittiham edir.

    İsrail rəsmiləri bölgəyə böyük miqdarda yardımın daxil olmasına imkan verdiklərini iddia etsələr də, QHT-lər bu prosesin çoxsaylı məhdudiyyətlərlə müşayiət olunduğunu vurğulayır.

    QHT-lərin birgə bəyanatında qeyd olunur: “Qəzza zolağının içində və kənarındakı anbarlarda minlərlə ton ərzaq, içməli su, dərman preparatları, sığınacaq vasitələri və yanacaq yardımı istifadəsiz qalıb. Humanitar təşkilatların bu ehtiyatlara çatmasına və bölgəyə çatdırmasına imkan verilmir.”

    Aclıq və fəlakət dərinləşir

    BMT Baş katibi Antoniu Quterreş çərşənbə axşamı bildirib ki, İsrail ilə “HƏMAS” arasında baş verən müharibənin Qəzzada yaratdığı dəhşətlər, xüsusilə ölüm sayları və genişmiqyaslı dağıntılar, “müasir tarixdə bənzəri olmayan” bir səviyyəyə çatıb.

    Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib: “Qəzzada baş verən dəhşətləri seyr etməkdən yorulduq. Belə ölüm və dağıntı səviyyəsi müasir tarixdə görünməyib. Qidalanma çatışmazlığı artır, aclıq bütün qapıları döyür.”

    Qəzza şəhərində yerləşən “Şəfa” Tibb Mərkəzinin direktoru doktor Məhəmməd Əbu Səlimiyyə təsdiqləyib ki, son 72 saatda 21 uşaq aclıq və qidalanma çatışmazlığı səbəbindən vəfat edib.

    Cənubdakı Nəsir Xəstəxanasında isə Fransız mətbuat agentliyi valideynlərin aclıqdan vəfat etmiş 14 yaşlı oğulları Əbdülcəvad əl-Cəlləbanın cəsədi üzərində ağladığı görüntüləri yayıb. Cəsəd ağ rəngli kisədə sarılmış halda görüntülənib.

    ABŞ humanitar dəhliz üçün təşəbbüsə başlayır

    Bu çərçivədə ABŞ çərşənbə axşamı bəyan edib ki, elçi Stiv Uitkoff Avropaya yola düşəcək və Qəzza üçün nəzərdə tutulan humanitar yardım dəhlizi ilə bağlı yekun danışıqlar aparacaq.

    ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brüs jurnalistlərə açıqlamasında deyib: “Uitkoff bölgəyə yollanacaq və ümid edir ki, yeni atəşkəs və yardım dəhlizi planı irəli sürüləcək. Hər iki tərəf bu ideyaya müsbət yanaşır.”

    Danışıqlarda irəliləyiş yoxdur

    21 aydan çoxdur davam edən müharibə fonunda İsrail, HƏMAS-ın 2007-ci ildən bəri nəzarət etdiyi Qəzza zolağında gündəlik bombardmanlarını davam etdirir.

    #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzzanın yenidən qurulması #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #AFAD Qəzzaya humanitar yardım #HƏMAS rəsmisi Usamə Həmdan #7 Oktyabr HƏMAS hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS-ın hərbi strategiyası #HƏMAS İsrailə necə hücum etdi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    16 Fevral 2026 10:02

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.