İsrail Ordusu Qəzza zolağında HƏMAS-ın yerli komandirlərindən birinə qarşı hava hücumu həyata keçirdiyini bildirib.
#7 Oktyabr HƏMAS hücumu
ABŞ administrasiyası Qəzza zolağında İsrailin nəzarətində olan bölgələrdə fələstinlilər üçün alternativ yaşayış məntəqələrinin inşası üzərində işləyir. Bu barədə məlumatı The Wall Street Journal ABŞ, İsrail və ərəb rəsmilərinə istinadən yayıb.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.
“İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan yüksək rütbəli zabitlərlə keçirilən konfransda İsrailin böyük orduya ehtiyac duyduğunu bildirib. Netanyahu, müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə çıxışında deyib. “Ehtiyat qüvvələri əsas və həyati əhəmiyyət daşıyan elementdir. Biz böyük, güclü və ağıllı orduya ehtiyac duyuruq.”-deyə o bildirib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və ordunun məşhur generallarından biri olan Devid Petrayus Yaxın Şərqdə dəyişən siyasi mənzərə, Suriya ilə yeni münasibətlər və Qəzzada gələcək təhlükəsizlik modeli barədə geniş təhlil təqdim edir. Onun sözlərinə görə, Donald Trampın qeyri-ənənəvi, bəzən sərt görünən diplomatiyası müəyyən hallarda real nəticələr verib və bu siyasətin əsas məntiqi təzyiq ilə strateji praqmatizmi birləşdirməkdir.
İsrailin iki il davam edən Qəzza müharibəsi (2023-2025) ərzində “HƏMAS” hərəkatı yalnız xarici deyil, həm də daxili təhdidlərlə üzləşdi. Müharibə dövründə bir sıra qəbilə və silahlı dəstələr meydana çıxaraq bölgədə təhlükəsizlik boşluğu yaratmağa cəhd göstərdi. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün öncə “HƏMAS” Xan Yunis şəhərinin cənubunda yerləşən Məcaidə qəbiləsinin silahlıları ilə ən böyük toqquşmasına girdi. Müharibə bitdikdən dərhal sonra isə hərəkat Dəğmiş qəbiləsi ilə daha geniş döyüşlər apardı və İsrailin himayəsində fəaliyyət göstərən silahlı qrupları izləməyə başladı.
İsrailin Ali Məhkəməsi çərşənbə günü axşam saatlarında Baş nazir Benyamin Netanyahu hökumətinə 2023-cü il 7 oktyabr hadisələrini araşdırmaq məqsədilə rəsmi istintaq komissiyası yaratmaq üçün bir ay müddətində vaxt verib. Bu qərar, müharibənin başa çatdığının elan edilməsindən sonra Netanyahunun qarşılaşdığı ilk ciddi daxili təzyiq kimi qiymətləndirilir.
Qəzzada İsrailin “mustaribun” adlanan xüsusi qüvvələrinin fəaliyyəti artmaqdadır. Bu qüvvələr yaşayış məhəllələrinin dərinliklərinə daxil olaraq fələstinliləri oğurlayır. Oğurlananlar arasında HƏMAS və digər qruplaşmalara mənsub şəxslər, həm də mülki şəxslər var.
ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə 20 maddədən ibarət geniş planını elan etdikdən bir neçə saat sonra HƏMAS-a bu planı qəbul etmək üçün üç-dörd günlük vaxt verdiyini bildirib və razılıq olmadığı təqdirdə nəticənin “çox kədərli” olacağını xəbərdarlıq edib.
İsrail Baş naziri Benyamin Netanyahu isə HƏMAS-ın bəyanatını “hiylə” adlandıraraq rədd edib. İsrail mediasına açıqlamasında o, “Müharibəni yalnız bizim şərtlərimizlə bitirmək mümkündür. Bunlara HƏMAS-ın silahsızlandırılması və Qəzza üzərində təhlükəsizlik nəzarətinin qurulması daxildir”, – deyə bildirib.
Bu addım Misirin müharibəni bitirəcək çıxış yollarının axtarışı üzrə təşəbbüslərin və diplomatik fəaliyyətin mərkəzində qalmaq istəyini göstərir. Eləcə də, hər hansı razılaşmanın Misirdən kənar əldə olunmasının və ya onu kənarda qoymaq cəhdlərinin mümkünsüzlüyünü vurğulayır.
HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.