Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Bakıda Hindistanda siqhlərə və etnik azlıqlara qarşı repressiyalarla bağlı beynəlxalq konfrans keçirilir

    16 Yanvar 2026 10:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin siqh icmasına və digər etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq tədbir təşkil olunub.

    AzerVoice xəbər verir ki, yanvarın 16-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi sistemli repressiyaların beynəlxalq müstəvidə müzakirəsinə həsr olunub.

    Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, müxtəlif ölkələrdən rəsmi şəxslər, siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-da fəaliyyət göstərən nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin alimləri, eləcə də Hindistan hökumətinin repressiv siyasətinin birbaşa qurbanları iştirak edirlər.

    Konfrans Hindistan hökumətinin siqh xalqına qarşı həyata keçirdiyi repressiv tədbirləri, kütləvi qırğınları və zorakılıqları əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə işinə başlayıb. Bildirilib ki, 1980–1990-cı illərdə Pəncab ştatında minlərlə siqh icması üzvü öldürülüb, oğurlanıb, məcburi şəkildə yoxa çıxarılıb və məhkəmə qərarları olmadan qondarma ittihamlarla qətlə yetirilib.

    Hazırda hüquqlarını tələb edən siqh fəallar “separatizm” və “casusluq” ittihamları ilə həbs edilir, Pəncabda polis reydləri intensivləşir. Xaricdə yaşayan siqh fəallara qarşı terror aktlarının təşkil edildiyi, Kanada və ABŞ rəsmi qurumlarının bu hücumlarda Hindistan xüsusi xidmət orqanlarını ittiham etdiyi də konfransda xüsusi vurğulanıb.

    Müzakirələr zamanı Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasətin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə müşayiət olunduğu qeyd edilib.

    Konfrans çərçivəsində real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması, müvafiq qərarların qəbul edilməsi, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının və məhkəmə qərarları olmadan həyata keçirilmiş edamların araşdırılması, həmçinin BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparılır.

    Qeyd olunub ki, XV əsrdə yaranmış siqhizm bütün insanların kasta, cins və dil fərqi olmadan bərabərliyini təbliğ edir və bu baxımdan hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda siqh icmasının sayı 25 milyondan artıqdır və onlar əsasən Pəncab ştatında məskunlaşıblar.

    Siqh icması Hindistan hökumətindən 1984-cü il anti-siqh qırğınlarının rəsmi şəkildə soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, qırğınların təşkilatçılarının məsuliyyətə cəlb edilməsini, 1980–1990-cı illərdə Pəncabda məcburi yoxa çıxmış şəxslərin taleyinin aydınlaşdırılmasını, həmçinin qanunsuz həbs edilən siqh fəalların azadlığa buraxılmasını və onlara siyasi məhbus statusunun verilməsini tələb edir.

    #Bakıda Hindistanda siqhlərə qarşı repressiyalarla bağlı beynəlxalq konfrans #Azərbaycanda Hindistanın etnik azlıqlara siyasəti müzakirə olunur #Siqh icmasına qarşı zorakılıq Bakıda beynəlxalq gündəmə çıxarıldı #Bakı Hindistanda azlıqların hüquqları mövzusunda beynəlxalq tribuna oldu #Bakıda Hindistan hökumətinin azlıqlara siyasəti tənqid olundu #Bakü’de Hindistan’da Sihlere yönelik baskılar tartışıldı #Hindistan’ın azınlık politikası Bakü’de gündemde #Sih topluluğuna yönelik şiddet uluslararası konferansta ele alındı #Bakü Hindistan’daki insan hakları ihlallerini masaya yatırdı #Hindistan’da Sihlere baskı konferansta eleştirildi #Bakü’de Hindistan azınlık hakları konferansı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    17 Fevral 2026 19:14

    Nazir Məcnun Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

    17 Fevral 2026 16:20

    BƏƏ ilə qida sektoru və aqrar sahədə əməkdaşlıq müzakirə olunub

    17 Fevral 2026 15:50

    Bakıda NATO-nun təlim kursu keçirilir

    17 Fevral 2026 13:23

    Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    17 Fevral 2026 12:08

    Ruben Vardanyana hökm oxunur

    17 Fevral 2026 12:06

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    16 Fevral 2026 20:41

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

    16 Fevral 2026 20:22

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    16 Fevral 2026 18:23

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    15 Fevral 2026 21:02

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    15 Fevral 2026 21:00

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    15 Fevral 2026 18:25
    XƏBƏR LENTİ

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.