Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə mütəşəkkil cinayət qruplarına qarşı əməliyyat keçirilib

    23 Dekabr 2025 09:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice,Fərid Mikayılov

    Türkiyədə son bir həftə ərzində jandarma qüvvələri tərəfindən keçirilən əməliyyatlar çərçivəsində dələduzluq, sələmçilik və miqrant qaçaqmalçılığı ilə məşğul olan 7 ayrı mütəşəkkil cinayət qrupuna qarşı tədbirlər görülüb.

    AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib ki, əməliyyatlar nəticəsində son 5 il ərzində hesablarında 251 milyon lirəlik maliyyə dövriyyəsi müəyyən edilən 67 şübhəli şəxs saxlanılıb.

    Onlardan 42 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 23 nəfər isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti altına buraxılıb. Digər 2 şübhəli ilə bağlı istintaq tədbirləri davam etdirilir.

    Nazirin sözlərinə görə, aparılan əməliyyatlar nəticəsində bu cinayət qruplarının oğurluq, dələduzluq və sələmçilik fəaliyyəti nəticəsində vətəndaşlara vurula biləcək ziyanın qarşısı alınıb.

    Ali Yerlikaya qeyd edib ki, Respublika Baş Prokurorluqları və Jandarmanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin koordinasiyası ilə həyata keçirilən əməliyyatlar zamanı bir sıra vilayətlərdə cinayət əməlləri ifşa olunub.

    Belə ki, Denizli şəhərində 30-dan çox obyektə qarşı mütəşəkkil şəkildə oğurluq hallarının törədildiyi, Yalovada ağır dələduzluq cinayətlərinin idarə edildiyi, İzmirdə transformator və elektrik ötürücü kabellərin oğurlandığı, Iğdırda miqrant qaçaqmalçılığı ilə məşğul olunduğu, Muğlada sələmçilik fəaliyyəti həyata keçirildiyi, Tekirdağ və Şanlıurfa vilayətlərində isə terror təşkilatları ilə əlaqə iddiası ilə vətəndaşlardan pul tələb edildiyi müəyyən edilib.

    Əməliyyatlar zamanı çoxsaylı rəqəmsal daşıyıcılar, müxtəlif məbləğlərdə nağd pul və ziynet əşyaları müsadirə olunub. Saxlanılan şəxslər barəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

    türkiye organize suç operasyonları 7 yılda 7 suç örgütüne jandarma baskını dolandırıcılık tefecilik göçmen kaçakçılığı operasyonu ali yerlikaya organize suç açıklaması jandarma kom operasyonları

    türkiyede organize suçla mücadele jandarma kom son operasyonlar suç örgütlerine büyük darbe

    #Ali Yerlikaya #mütəşəkkil cinayətkar #Mütəşəkkil cinayət qrupu #mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar #Türkiyədə mütəşəkkil cinayət dəstələri #maliyyə dələduzluğu və sələmçilik cinayətləri #ictimai asayiş #cinayətkar qruplaşmalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə rəqəmsal narkotik şəbəkəsinə ağır zərbə - 305 nəfər saxlanıldı

    10 Fevral 2026 09:55

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - 60-a yaxın şübhəli saxlanılıb

    4 Fevral 2026 09:20

    Türkiyənin 22 vilayətində terror əməliyyatı: 96 saxlanılan var

    3 Fevral 2026 09:24

    Cinayətkar qrupun rəhbərlərindən biri Türkiyəyə ekstradisiya olundu

    31 Yanvar 2026 09:41

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Türkiyədə FETÖ əməliyyatları - 82 nəfər həbs edilib

    28 Yanvar 2026 09:48

    Türkiyədə miqrant qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

    22 Yanvar 2026 10:14

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    İstanbulda narkotik ticarəti ilə məşğul olan 23 şübhəli barəsində həbs qərarı verilib

    16 Yanvar 2026 10:17

    Türkiyənin 16 vilayətində FETÖ-yə qarşı əməliyyat: 81 nəfər saxlanılıb

    12 Yanvar 2026 10:24

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    10 Yanvar 2026 11:45
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə Daxili İşlər və Ədliyyə nazirləri dəyişib

    Bu gün Nelson Mandela 27 illik məhbus həyatından sonra azadlığa buraxılıb

    11 Fevral: İranda İslam İnqilabı, Misirdə "Firon"un Sonu və Mandelanın Azadlığı - Tam Xronika

    ABŞ Ticarət Palatası Amerika şirkətlərinin Azərbaycana ilk biznes missiyasına rəhbərlik edib

    İran üçün Azərbaycanla münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir – Dəmirçilu

    Yaxın günlərdə Bakıda Azərbaycan-İran birgə dövlət komissiyasının iclası keçiriləcək

    İran regional sülhün qorunması naminə diplomatiyaya sadiqliyini nümayiş etdirir – Səfir

    Bakıda İranın milli bayramı qeyd olunub

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    Ərəb Parlamentinin prezidenti ölkəmizə səfərə gəlib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.