Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp Ukrayna ilə bağlı Birləşmiş Qərargah Rəislərinə göstəriş verib

    20 Avqust 2025 11:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlanmasını tapşırıb.

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə Avropa ölkələrinin rəhbərlik etdiyi “Çoxmillətli Ukrayna” koalisiyası üçün “NATO-ya bənzər təhlükəsizlik zəmanətləri” hazırlamağı tapşırıb.

    “The Wall Street Journal”ın məlumatına görə, bu tapşırıq Trampın avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə nəticəsiz görüşündən sonra verilib.

    Rəsmilər bildiriblər ki, Keyn bu tapşırığı Böyük Britaniya, Fransa və Almaniyanın rəhbərlik etdiyi koalisiyanın təhlükəsizlik mexanizmlərini qurmaq üçün alıb. Tramp Fox News-a verdiyi müsahibədə Avropa liderlərinin ABŞ-dan daha çox müharibəyə cəlb olunduğunu qeyd edərək, “Bu bir növ təhlükəsizlik olacaq, lakin bu NATO ola bilməz; heç vaxt olmayacaq”- deyə bildirib.

    Ağ Evin mətbuat katibi Karoline Leavitt əlavə edib ki, Tramp Ukraynada təhlükəsizlik zəmanətlərinin davamlı sülh üçün vacib olduğunu qəbul edir, amma ABŞ-ın yerdə qoşunlarının olmayacağını birmənalı şəkildə bildirib.

    Xatırladaq ki, Avqustun 18-də Tramp Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşüb. Görüşdə NATO-nun baş katibi Mark Rutte, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Giorgia Meloni və Almaniyanın baş naziri də iştirak edib.

    Tramp görüşdən sonra Avropa liderləri ilə əlaqələrin yaxşı olduğunu və rusiyalı həmkarı Putin və Zelenski ilə üçtərəfli sammitə hazırlıqlara başladığını açıqlayıb.

    #Rusiya #ABŞ #Avropa İttifaqı #Vladimir Putin #Donald Tramp #Ukrayna #Zelenski #NATO #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Trampın NATO və Ukrayna mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

    13 Fevral 2026 14:05

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43
    XƏBƏR LENTİ

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Yanvarda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri açıqlandı

    Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    Azərbaycanda turizm bələdçilərinin sertifikatlaşdırılması prosesi davam edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.