Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ Çinə qarşı dəniz və hava dronlarından ibarət donanma yaradır

    20 Avqust 2025 18:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    ABŞ Çinlə mümkün silahlı qarşıdurmaya hazırlıq məqsədilə dənizdə istifadə ediləcək pilotsuz aparat donanması üzərində işləyir.

    AzerVoice xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, prototiplərin sınaqları Kaliforniya sahillərində, Sakit okeanda keçirilib. Testlər zamanı gəmilərdən biri proqram təminatındakı nasazlıq səbəbindən qəfil dayanaraq okeanda sürüklənib, digər sürətli pilotsuz kater isə ona çırpılaraq göyərtənin üzərindən aşıb keçib.

    Bu tip pilotsuz suüstü gəmilərin hazırlanması ilə “Saronic” və “BlackSea Technologies” şirkətləri məşğuldur.

    Agentliyin yazdığına görə, bir neçə həftə əvvəl “BlackSea” şirkətinin başqa bir prototipinin sınaqları zamanı da oxşar hadisə baş verib: kater qəfil mühərriklərini işə salaraq onu dartmaqda olan köməkçi gəmiyi aşırıb. Mənbələr bildiriblər ki, hər iki insidentə həm proqram təminatındakı səhvlər, həm də insan faktoru səbəb olub.

    Məlumata əsasən, Pentaqonun məqsədi Çinin Tayvana qarşı mümkün hücumunun qarşısını almaq üçün dəniz və hava dronlarından ibarət donanma yaratmaqdır. Hazırda Ukraynanın Qara dənizdə istifadə etdiyi sürətli pilotsuz katerlərin qiyməti təxminən 250 min dollar təşkil edir. ABŞ Hərbi Dəniz Qüvvələri isə daha mürəkkəb və bahalı variant əldə etməyə çalışır: açıq dənizdə insan əmrinə ehtiyac duymadan müstəqil fəaliyyət göstərə biləcək dron donanması qurmaq. Hər bir belə gəminin dəyərinin bir neçə milyon dollar olacağı gözlənilir.

    Lakin bu planların həyata keçirilməsində problemlər də var. Yaxın günlərdə Pentaqon rəhbərliyi dəniz dronlarının satınalma proqramına cavabdeh olan admiralı vəzifədən uzaqlaşdırıb. Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi “L3Harris” şirkəti ilə proqram təminatı üzrə 20 milyon dollarlıq müqaviləni birtərəfli qaydada ləğv edib.

    Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri artıq “BlackSea” ilə ümumilikdə 160 milyon dollarlıq müqavilə bağlayıb. Şirkət hazırda ay ərzində ABŞ donanması üçün onlarla kəşfiyyat təyinatlı dəniz dronu istehsal edir. “Saronic” isə “Corsair” adlı pilotsuz kater layihəsini təqdim etsə də, hələ Pentaqonla rəsmi satınalma müqaviləsi imzalamayıb. Bununla belə, prototiplərin hazırlanması üçün şirkət Müdafiə Nazirliyindən 20 milyon dollar maliyyə dəstəyi alıb.

    #ABŞ #Çin #Pentaqon #Tayvan #ABŞ Hərbi Dəniz Qüvvələri #ABŞ pilotsuz dəniz aparatları #Pentaqon dron donanması #Çinlə hərbi qarşıdurma hazırlığı #Tayvan böhranı #Kaliforniya sahillərində testlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Qəzza zolağında atəşkəs razılaşmasının qüvvədə qalacağına əmindir

    13 Oktyabr 2025 05:43

    Vaşinqtonun sanksiyaları Bağdadda narahatlıq doğurdu: Həşd əş-Şaabi və onun maliyyə mənbələri hədəfdə

    13 Oktyabr 2025 03:00

    Fələstin prezidenti və Qətər əmiri Qəzza ilə bağlı sülh sammitində iştirak edəcəklər

    12 Oktyabr 2025 22:56

    İstanbul otellərində payız mövsümündə güclü turist axını müşahidə olunur

    12 Oktyabr 2025 12:00

    Makron Qəzza danışıqları üçün Misirə səfər edəcək

    12 Oktyabr 2025 00:20

    Tarixdə bu gün - 12 oktyabr

    12 Oktyabr 2025 00:01

    ABŞ hərbçiləri Qəzzaya daxil olmayacaq

    11 Oktyabr 2025 20:24

    Donald Trampın səhhəti “əladır”

    11 Oktyabr 2025 11:50

    Hörmüz Boğazının bağlanması qərarı yüksək səviyyəli rəsmilərə aiddir - SEPAH

    11 Oktyabr 2025 11:43

    ABŞ-də partlayıcı maddələr istehsalı zavodunda partlayış baş verib

    10 Oktyabr 2025 22:54

    Aİ Qəzzada atəşkəs planını dəstəklədiyini bir daha bəyan edib

    9 Oktyabr 2025 11:45

    Donald Tramp Türkiyəyə və region ölkələrinə təşəkkür edib

    9 Oktyabr 2025 11:18
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə və Gürcüstan Kocaelidə qarşılaşır

    Sivas Universiteti cərrahi alət satın alacaq

    Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü keçirilir

    Maduro, Nobel laureatı Maçadonu “şeytan və sehrbaz” adlandırdı

    İsrail Trampa ali mülki orden təqdim edəcək

    Milli Məclisin sədri Üçtərəfli Görüşdə iştirak etmək üçün Pakistana gedib

    Bu gün İtaliya Almaniyaya müharibə elan etdi

    Zəfər xronikası. 13 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Haber Türk” televiziya kanalına müsahibə verib

    İsrail PUA-sı Dəməşq yaxınlığındakı hərbi mövqelərə zərbələr endirib

    Tramp Qəzza zolağında atəşkəs razılaşmasının qüvvədə qalacağına əmindir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.