Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Türkiyə Ticarət Nazirliyi Suriyanın idxala qoyduğu məhdudiyyətin müvəqqəti tədbir olduğunu bildirib

    20 Avqust 2025 19:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Suriyanın bəzi kənd təsərrüfatı məhsulları və toyuq əti idxalına tətbiq etdiyi məhdudiyyət bütün ölkələrə şamil olunan müvəqqəti tədbirdir.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Suriya Quru və Dəniz Limanları İdarəsinin 27 iyul 2025-ci il tarixli qərarına əsasən, yalnız 2025-ci ilin avqust ayı ərzində müəyyən kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, kartof, balqabaq, badımcan, bibər, alma, üzüm, şaftalı, albalı, armud, qarpız, yemiş, əncir, quru əncir, sarımsaq, yumurta) və toyuq ətinin idxalına məhdudiyyət qoyulub. Qərar məhsulların mənşəyindən asılı olmayaraq bütün ölkələrə tətbiq edilir və müvəqqəti xarakter daşıyır.

    Nazirliyin açıqlamasında o da vurğulanıb ki, 8 dekabr 2024 – 17 avqust 2025 tarixləri arasında Türkiyənin Suriyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 faiz artıb. Hazırda Türkiyə Suriyanın ən böyük ticarət tərəfdaşı mövqeyindədir.

    Qeyd edək ki, Suriya ilə ikitərəfli ticarətin davamlı şəkildə inkişaf etdirilməsi istiqamətində Türkiyə Ticarət Nazirliyi ardıcıl fəaliyyət göstərir. Avqustun 5–6-da Suriyanın iqtisadiyyat naziri Nidal Əş-Şaar nümayəndə heyəti ilə birlikdə Türkiyəyə səfər edib. Səfər çərçivəsində ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirilib, Türkiyə–Suriya İqtisadi və Ticarət Birgə Komitəsinin (JETCO) yaradılması haqqında Anlaşma Memorandumu, eləcə də Türkiyə–Suriya İş Şurasının qurulmasına dair saziş daxil olmaqla ümumilikdə 18 sənəd imzalanıb.

    Digər tərəfdən, avqustun 28-dən sentyabr ayınadək keçiriləcək Dəməşq Beynəlxalq Ticarət Sərgisində ticarət naziri Ömər Bolatın rəhbərliyi ilə 100-ə yaxın türk şirkətinin iştirakı və 1000 kvadratmetrlik Türkiyə pavilyonunun açılması planlaşdırılır. Həmçinin Türkiyə İxracatçılar Məclisi tərəfindən yüksək səviyyəli ticarət heyəti təşkil ediləcək və müxtəlif sahələr üzrə aparıcı şirkətlər sərgidə geniş təmsil olunacaqlar.

    #Türkiyə #Türkiyə Ticarət Nazirliyi #Ömər Bolat #Türkiyənin Ticarət Nazirliyi #Suriya #Türkiyənin xarici ticarət dövriyyəsi #Türkiyənin ticarət dövriyyəsi #ticarət #xarici ticarət #ticarət tövriyyəsi #İqtisadiyyat #Türkiyə iqtisadiyyatı #xarici ticarət dövriyyəsi #Türkyə Ticarət Nazirliyi #Suriya xəbərləri #Suriyada son vəziyyət #JETCO
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    10 Noyabr 2025 22:52

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    10 Noyabr 2025 20:26

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 15:24

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 116 milyon dolları keçib (ÖZƏL)

    10 Noyabr 2025 12:53

    Müdafiə Nazirliyi Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 10:44

    Əmin və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal güc olma yolunda inamla irəliləyir - Ərdoğan

    10 Noyabr 2025 10:40

    Türkiyədən Azərbaycana tekstil ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    10 Noyabr 2025 10:17

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 17:00

    Ərdoğan Bakıda Ankaranın sabiq polis rəisi, Daxili İşlər Nazirliyi sabiq müşaviri Servet Yılmazla görüşüb

    9 Noyabr 2025 16:06

    Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxacaq - Ərdoğan

    9 Noyabr 2025 15:26
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün -11 Noyabr

    Türkiyədə mərc oynadığı müəyyən edilən üç futbolçu heyətdən çıxarılıb

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.