BAKI, AzerVoice
Ankarada keçirilən "Terrorsuz Türkiyə" sammiti çərçivəsində Milli Müdafiə naziri Yaşar Gülər TBMM sədri Numan Kurtulmuşla görüşüb.
AzerVoice xəbər verir ki, Türkiyədə
“Terrorsuz Türkiyə” prosesinin sürətləndirilməsi məqsədilə yüksək
səviyyəli görüşlər davam edir.
Bu çərçivədə Milli Müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı
Qüvvələrinin komandanlıq heyəti Türkiyə Böyük Millət Məclisinin
sədri Numan Kurtulmuşla bir araya gəlib.
Görüş həmçinin Kurtulmuşun yenidən TBMM sədri seçilməsi münasibətilə edilən nəzakət ziyarəti çərçivəsində baş tutub. Ziyarətə Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın da qatılıb.
Qeyd edək ki, görüşün əsas gündəm mövzusu “Terrordan azad Türkiyə” hədəfidir. Bu istiqamətdə parlamentdə xüsusi komissiyanın yaradılması planlaşdırılır. Yeni komissiyanın yay aylarında fəaliyyətə başlayacağı gözlənilir.