BAKI, AzerVoice
FETÖ-yə qarşı əməliyyatlarımız davam edir.
AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasında çıxış edərkən deyib.
"FETÖ-yə qarşı mübarizəmiz davam edir. 1 634 nəfərə ömürlük həbs cəzası verilib. Cəzaçəkmə müəssisələrində 11 min təşkilat üzvü var. Əməliyyatlarımız davam edir. FETÖ qurulduğu gündən etibarən xarici güclərin himayəsində böyüyüb" - deyə, Ərdoğan bildirib.
"FETÖ terrorçularını məğlub etdiyimiz günü bir daha qürurla yad etdik. 253 qəhrəmanımızı rəhmətlə andıq. 2 740 qazimizə təşəkkürümüzü bildirdik. Allah hamısından razı olsun. Bütün şəhidlərimizə rəhmət diləyirəm. 15 İyul hadisələrinə “oyun” deyənləri, ləkə atanları heç vaxt bağışlamayacağıq", - o əlavə edib.