Əsas səhifə » Türkiyə XİN İsrailin Hərəm-i İbrahim məscidinin statusunu dəyişdirməsini rədd edib

Türkiyə XİN İsrailin Hərəm-i İbrahim məscidinin statusunu dəyişdirməsini rədd edib

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Xevron şəhərində yerləşən Hərəm-i İbrahim məscidinin statusunu dəyişdirməsi və fələstinlilərə məxsus səlahiyyətlərin qəsb olunmasına yönəlmiş addımlarını rədd edib.

AzerVoice xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

“Əl-Xəlil (Xevron) şəhərindəki Hərəm-i İbrahim Məscidinin statusunun İsrail tərəfindən dəyişdirilməsi və fələstinlilərə aid səlahiyyətlərin qəsb edilməsinə yönəlmiş bu təşəbbüsləri qəti şəkildə rədd edirik. Beynəlxalq hüququ pozan bu addıma qarşı, başda UNESCO olmaqla, müvafiq BMT qurumları və beynəlxalq ictimaiyyət tərəfindən tədbirlər görülməsi zəruridir” - deyə, bəyanatda qeyd olunub.

Qeyd edək ki, İsrail rəhbərliyi Hərəm-i İbrahim məscidi üzərindəki səlahiyyətləri Fələstinin Xevron Bələdiyyəsinin əlindən alaraq, həmin səlahiyyətləri bölgədə yerləşən qeyri-qanuni məskunlaşma mərkəzlərindən biri olan “Kiryat Arba” idarəsinə verib.

Digər Kateqoriyalar

2025 © Azervoice