BAKI, AzerVoice
Rusiya nümayəndə heyəti Ukrayna ilə üçüncü raund danışıqlar üçün İstanbula getməyə hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
Zaxarova, bu məsələ ilə bağlı Ukrayna tərəfindən hər hansı bir müraciətin olmadığını qeyd edib.
“Ukrayna ya danışıqlardan yayınır, ya da buna hazır deyil” – deyə, o bildirib.
“Ümid edirik ki, Kiyev əldə olunmuş razılaşmalara uyğun şəkildə hərəkət edəcək və danışıqlar prosesini davam etdirəcək” - deyə, o əlavə edib.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.