10
BAKI,AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün DEM Partiyasının nümayəndə heyətini qəbul edib.
AzerVoice xəbər verir ki, görüşdə Türkiyə Böyük Millət Məclisinin sədr müavini və Van millət vəkili Pervin Buldan, eləcə də Şanlıurfa millət vəkili Mithat Sancar iştirak ediblər.
Qəbul Türkiyə Prezident Administrasiyası kompleksində baş tutub.
Görüşdə Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Efkan Ala və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak ediblər.