10
BAKI, AzerVoice
37 yaşlı xorvatiyalı futbolçu İvan Rakitiç 2024-2025 mövsümünü “Hayduk” klubunda keçirərək bu gün futbolçu karyerasını rəsmən başa vurduğunu elan edib.
AzerVoice xəbər verir ki, bu barədə Rakitiç açıqlama verib:
“Əziz futbol, sən həyatımın ilk günündən bəri bir parçası oldun. İsveçrədəki meydançalardan tutmuş dünyanın ən böyük stadionlarına qədər mənə yoldaş oldun. Mənə xəyal edə biləcəyimdən də çox şey verdin. İndi isə vidalaşmaq vaxtıdır. Hər nə qədər mən səndən ayrılsam da...” – deyə Rakitiç bildirib.