BAKI, AzerVoice
Finlandiyanın Xarici İşlər Nazirliyi, Lissabondakı səfiri Titta Maya-Luotoya yazılı xəbərdarlıq verib.
AzerVoice xəbər verir ki, bu barədə “Ilta-Sanomat” qəzeti məlumat yayıb.
Məlumata əsasən, xəbərdarlığın səbəbi xidməti etik qaydaların pozulması olub. Maya-Luoto qeyri-etik davranış və təcavüzdə ittiham olunur.
Finlandiyanin xarici işlər naziri Elina Valtonen prezidentə müraciət edərək Maya-Luotonun Lissabondakı vəzifəsinin dayandırılmasını istəyib.
Məlumata görə, Maya-Luotonun "gərgin iş mühiti yaratmasına" baxmayaraq, ona verilən xəbərdarlıq vəzifədən azad edilməsinə əsas vermədiyi üçün o, nazirlikdəki digər vəzifələrini davam etdirəcək.
Səfirliyin əməkdaşları Maya-Luotoya qarşı bir neçə dəfə şikayət ediblər. Onlar onu təcavüz, yersiz davranış, emosional zorakılıq və isterikaya meyilli olmaqda günahlandırıblar. İlk şikayət ötən ilin oktyabrında verilib, daha sonra əlavə epizodlarla yenilənib.
Qeyd edək ki, Titta Maya-Luoto 2024-cü il sentyabrın 1-dən etibarən Finlandiyanın Lissabondakı səfiri kimi fəaliyyətə başlamışdı.