BAKI, AzerVoice
Türkiyə Cümhuriyyəti sonsuza qədər var olacaq.
AzerVoice xəbər verir ki, AK Partiya
sədr müavini və partiya sözçüsü Ömər Çelik sosial media hesabında
paylaşım edərək Türkiyə Cümhuriyyətinin əbədiliyini vurğulayıb.
“Türkiyə Cümhuriyyəti göz bəbəyimizdir. O, millətimizin tarix
boyunca apardığı böyük yürüşün bu günkü simvoludur.
Cümhuriyyətimiz, Qurtuluş Savaşında nümayiş etdirdiyimiz azad
yaşamaq iradəsinin ən parlaq təzahürüdür,” – deyə Çelik
bildirib.
O qeyd edib ki, ən böyük ideal, Cumhuriyyəti Prezident Rəcəb Tayyib
Ərdoğanın elan etdiyi “Türkiyə Əsri” hədəflərinə çatdırmaqdır.
Qeyd edək ki, Türkiyə hakimiyyət dairələri son illərdə “Türkiyə Əsri” anlayışı çərçivəsində ölkənin siyasi, iqtisadi və texnoloji inkişafına yönəlmiş strateji proqramlar həyata keçirir.