8
BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda yerləşən Deyr-Kifa yaşayış məntəqəsində "Hizbullah" döyüşçülərinin olduğu pikap avtomobilinə zərbə endirib.
AzerVoice xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
Hadisə Beyrutdan 85 kilometr məsafədə yerləşən Tir şəhəri yaxınlığında baş verib. Raket zərbəsindən sonra maşın alovlanıb, hadisə nəticəsində döyüşçülərdən biri həlak olub. Yaralılar barədə məlumat verilməyib.
Qeyd edək ki, Livan Səhiyyə Nazirliyinin əvvəlki açıqlamasına görə, ötən gün İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və şərq bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 10 mülki şəxs yaralanıb.