BAKI, AzerVoice
Türkiyənin yeddi şəhərində yanğınla mübarizə davam edir.
AzerVoice türk KİV-ə istinadən xəbər verir ki, Antalya, Kahramanmaraş, Qaziantep, Bolu, Muğla və Manisada başlayan meşə yanğınları küləyin təsiri ilə sürətlə yayılıb.
Sakaryanın Taraklı rayonunda dünən başlayan yanğın Bilecikin Gölpazarı rayonuna bağlı 9 kəndə yayılıb. Yanğına həm havadan, həm də qurudan müdaxilə olunur. Bölgədə yerləşən kəndlər təxliyə edilib, sakinlər təhlükəsiz ərazilərə köçürülüb, bir sıra evlər isə istifadə edilə bilməz hala düşüb.
Meşə yanğınlarının sürətlə yayıldığı üç bölgədə kəndlər boşaldılıb. Helikopterdən çəkilən görüntülər yanğının miqyasını aydın şəkildə ortaya qoyur – alovlar geniş meşə sahələrini tamamilə əhatə edib və bölgəni qalın tüstü buludu bürüyüb.



