Əsas səhifə » Bayraktar Akıncıdan atılan KEMANKEŞ 1 raketindən birbaşa zərbə

Bayraktar Akıncıdan atılan KEMANKEŞ 1 raketindən birbaşa zərbə

BAKI, AzerVoice

Baykar-ın milli və orijinal olaraq inkişaf etdirdiyi KEMANKEŞ 1 Süni İntellekt Əsaslı Mini Seyrədici Raketin test prosesi uğurla davam edir.

AzerVoice xəbər verir ki, KEMANKEŞ 1, Bayraktar AKINCI hücum tipli pilotsuz uçuş aparatından (TİHA) həyata keçirilən sınaq atışında havadakı hədəfləri tam dəqiqliklə vurub.

Baykar tərəfindən hazırlanan yüksək texnologiyalı süni intellekt əsaslı pilotsuz sistemlər mühüm testləri uğurla başa vurmağa davam edir. Bu çərçivədə Bayraktar AKINCI TİHA-dan ilk dəfə atılan KEMANKEŞ 1 Süni İntellekt Əsaslı Mini Ağıllı Seyrədici Raket çətin bir ssenari üzrə həyata keçirilən hava hədəfi məhv etmə missiyasını uğurla yerinə yetirib.

KEMANKEŞ 1-in hazırlanma və inteqrasiya prosesi mühüm bir mərhələni daha geridə qoyub. Bayraktar AKINCI TİHA, Çorlu və Keşan Uçuş Təlim və Test Mərkəzlərinin koordinasiyasında keçirilən test üçün qanad altında daşıdığı 2 ədəd KEMANKEŞ 1 raketi ilə havaya qalxdı. Test çərçivəsində KEMANKEŞ 1-in sistem tanıma, seyr, atış və vizual dalış (hava hədəfinin məhv edilməsi) qabiliyyətləri yoxlandı. Ssenariyə uyğun olaraq, 2 ədəd KEMANKEŞ 1 raketi başqa bir pilotsuz uçuş aparatı tərəfindən daşıdığı hərəkətli hava hədəflərinə atılıb. Baykar tərəfindən hazırlanan süni intellekt dəstəklı hədəf tanıma sistemi sayəsində KEMANKEŞ 1 raketləri müəyyən edilmiş hədəfləri avtonom uçuşla və yüksək dəqiqliklə tam isabətlə məhv edib. Test çərçivəsində verilmiş bütün tapşırıqları uğurla yerinə yetirən KEMANKEŞ 1-in havadakı ən kiçik hədəfləri belə effektiv şəkildə zərərsizləşdirmə qabiliyyəti təsdiqlənib.

Strateji hədəflərə qarşı istifadə olunmaq üçün Baykar tərəfindən milli və orijinal olaraq hazırlanan KEMANKEŞ 1, 27 aprel – 1 may tarixləri arasında Atatürk Hava Limanında TEKNOFEST 2023 çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim edildi. KEMANKEŞ 1 adını, tariximizdə ən çətin şəraitdə belə atdığı oxla hədəfi tam isabətlə vuran oxçulardan alıb.

KEMANKEŞ 1, Baykar-ın milli və orijinal olaraq inkişaf etdirdiyi Bayraktar AKINCI TİHA, Bayraktar TB2 SİHA və Bayraktar TB3 SİHA-lara inteqrasiya edilərək fəaliyyət göstərəcək. Təxminən 1 saat havada qala bilən bu mini ağıllı seyrədici raket, reaktiv mühərriki sayəsində yüksək sürətlə hərəkət edərək düşmən arxa cəbhəsindəki ən riskli hədəflərə qarşı təsirli ola biləcək. 200 kilometri aşan əməliyyat məsafəsinə malik KEMANKEŞ 1, süni intellekt dəstəklı optik idarəetmə sistemi vasitəsilə hədəfini tanıyaraq, çətin hava şəraitində belə tam dəqiqliklə məhv etmə qabiliyyətinə sahib olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice