Əsas səhifə » İsrail tarixindəki ən çətin hərbi əməliyyatı həyata keçirir - Eyal Zamir

İsrail tarixindəki ən çətin hərbi əməliyyatı həyata keçirir - Eyal Zamir

BAKI, AzerVoice

İsrail hazırda İrana qarşı tarixindəki ən çətin hərbi əməliyyatı həyata keçirir və bu əməliyyatın uzunmüddətli ola biləcəyinə ölkə əhalisi hazır olmalıdır.

AzerVoice xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ordunun mətbuat xidmətinin yaydığı müraciətində bildirib.

“Biz hadisələrin müxtəlif ssenarilərinə hazırlaşırıq. Bu, tariximizdə başladığımız ən mürəkkəb əməliyyatdır. Qarşımızdakı təhlükənin miqyası və düşmənin xarakteri elədir ki, uzun sürən bir əməliyyata hazır olmalıyıq” - deyə, Zamir vurğulayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice