6
BAKI, AzerVoice
İsrailin bir neçə hərbi obyektinə, o cümlədən Nevatim və Hatserim hava bazalarına raket zərbələri endirilib.
AzerVoice xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi məlumat verib.
“İşğal altındakı ərazilərdə ‘Həqiqi Vəd – 3’ əməliyyatının 17-ci mərhələsi həyata keçirilib. Hücumlar hərbi komplekslərə, müdafiə sənayesi obyektlərini, qərargahları və Nevatim ilə Hatserim hava bazalarını hədəf alıb” - deyə, məlumatda bildirilib.
Həmçinin bildirilib ki, Beer-Şeva, Təl-Əviv və Hayfaya endirilən zərbələr İranın ballistik raketlərinin hücum gücünün artmaqda olduğunu göstərir və bu güc “sionist rejim tamamilə məhv olunana qədər davam edəcək”.