Əsas səhifə » Türkiyədən Suriyaya könüllü qayıdanların sayı 273 mini keçib - Cevdet Yılmaz

Türkiyədən Suriyaya könüllü qayıdanların sayı 273 mini keçib - Cevdet Yılmaz

BAKI, AzerVoice

Türkiyənin vitse-prezident Cevdet Yılmaz 2024-cü il dekabrın 8-dən etibarən Suriyaya könüllü olaraq qayıdanların sayının 273 mini keçdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki,Cevdet Yılmaz, Qaziantepdə Gönüllü Geri Dönüş Dəstək Mərkəzinin açılışında etdiyi açıqlamada Suriyelilərin geri dönüş prosesinin sürətləndiyini bildirib. O, 8 dekabrdan bu yana Suriya istiqamətində könüllü geri dönüş edənlərin sayının 273 min nəfəri keçdiyini qeyd edib.
"Əslində bu proses, Türkiyənin Barış Pınarı və Zeytun Budagı əməliyyatları ilə yaradılan təhlükəsiz bölgə ilə artıq başlamışdı. Siz də bilirsiniz ki, təhlükəsiz bölgə yaratdıq. O tarixdən bəri 1 milyondan çox Suriyalı qardaşımız öz vətənlərinə geri dönüb. Bu proses 8 dekabrdan sonra sürətlənib. 8 dekabrdan bu yana Suriya istiqamətində könüllü geri dönüş edənlərin sayı 273 mini keçib. Qarşıdakı yay dövründə məktəblərin bağlanması və Suriyadakı hadisələrlə bu sayın sürətlə artacağını gözləyirik. Digər ölkələrdən, məsələn, İordaniya və Livan kimi Suriyalı qardaşlarımızın köç etdiyi ölkələrdən də geri dönüşlərin sürətləndiyini müşahidə edirik." - deyə qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice