Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    TPAO Macarıstanda qaz axtarışına başlayır

    30 Aprel 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə və Macarıstan enerji əməkdaşlığını genişləndirir.

    AzerVoice xəbər verir ki, Türkiyənin dövlət enerji şirkəti TPAO və Macarıstanın aparıcı enerji şirkəti MOL Macarıstanda iki qaz yatağında təbii qazın kəşfiyyatı və hasilatı üzrə birgə fəaliyyət göstərəcək.

    Razılaşma Budapeştdə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto tərəfindən ictimaiyyətə açıqlanıb.

    Nazir Alparslan Bayraktar bildirib ki, bu əməkdaşlıq təkcə iki ölkə arasında enerji sahəsindəki əlaqələrin möhkəmlənməsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək bir addımdır. Onun sözlərinə görə, bu layihə vasitəsilə Türkiyə öz enerji şirkətlərinin beynəlxalq bazarlardakı mövcudluğunu gücləndirməyə davam edir.

    Sazişə əsasən, TPAO və MOL şirkətləri Macarıstanın qərb bölgəsində yerləşən və enerji potensialı yüksək olan iki yataqda birgə kəşfiyyat və hasilat işləri aparacaqlar. Hazırda texniki hazırlıq və geoloji tədqiqat mərhələsi davam edir. İlk qazma işlərinin isə 2025-ci ilin sonuna qədər başlanacağı gözlənilir.

    Macarıstan tərəfi bu əməkdaşlığın ölkənin enerji təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto deyib ki, bu cür ortaq layihələr həm regional enerji təhlükəsizliyini artıracaq, həm də enerji asılılığını azaltmağa kömək edəcək.

    Qeyd edək ki, TPAO-nun bu addımı Türkiyənin “enerji ixracatçısı ölkə” strategiyasına uyğun atılmış mühüm addımlardan biridir. Son illər ərzində TPAO Qara dənizdə və Şərqi Aralıq dənizində apardığı qaz kəşfiyyat işləri ilə regionda öz nüfuzunu artırmışdı. İndi isə şirkət Avropada enerji hasilatında iştirak etməklə daha geniş coğrafiyada fəaliyyət göstərməyə başlayır.

    #Türkiyə #Macarıstan #Alparslan Bayraktar #TPAO #neft-qaz #Peter Siyarto #enerji #Türkiyə Macarıstan enerji əməkdaşlığı #Avropa enerji təhlükəsizliyi #MOL şirkəti qaz hasilatı #Alparslan Bayraktar Peter Siyarto görüşü #TPAO Macarıstan layihəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16

    Türkiyənin ticarət naziri Türkmənistana gedəcək

    28 Yanvar 2026 11:14

    Türkiyədə FETÖ əməliyyatları - 82 nəfər həbs edilib

    28 Yanvar 2026 09:48

    Türkiyə ilə Nigeriya strateji tərəfdaşlığı gücləndirir

    27 Yanvar 2026 21:47

    Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

    27 Yanvar 2026 19:29

    Nigeriyadan Türkiyəyə tarixi səfər: XİN rəhbərləri Ankarada bir araya gəldi

    26 Yanvar 2026 14:27

    Türkiyədə zəlzələ baş verdi

    25 Yanvar 2026 22:25

    Bayraktar, Liviya baş naziri ilə görüşüb

    24 Yanvar 2026 16:48

    "Qalatasaray" La Liqadan futbolçu transfer edir

    24 Yanvar 2026 12:15

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Yunanıstan Türkiyə sərhədini İsrail raketləri ilə qorumağa hazırlaşır

    22 Yanvar 2026 09:45

    Hakan Fidan Sülh Şurasında Ərdoğanı təmsil edəcək

    21 Yanvar 2026 17:51
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb

    Osmanlı dövləti nə vaxt quruldu? 1299 mübahisəsi və yeni yanaşmalar

    Postmüharibə dövründə 29 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı məşğulluq tədbirlərinə cəlb edilib

    ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb

    ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb

    Keçən il Türkiyədən İrana mebel ixracı 283 milyon dolları keçib (ÖZƏL)

    Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verilməyəcək - Netanyahu

    Ombudsmana yeni səlahiyyət veriləcək

    Vyetnamdan Rusiyaya uçan təyyarə məcburi eniş edib

    Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.