Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb

    28 Yanvar 2026 14:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar və elmi əməkdaşlığın inkişafı istiqamətində növbəti yüksək səviyyəli təmas baş tutub.

    AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Elmlər Akademiyasının Maxtumqulu Fəraği adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov ilə görüş keçirib.

    Görüş zamanı Azərbaycanla Türkmənistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində 2025-ci ildə yeni inkişaf mərhələsinə yüksəldiyi qeyd olunub. Tərəflər ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların intensiv xarakter aldığını vurğulayıblar.

    Müzakirələrdə Azərbaycan–Türkmənistan Birgə Hökumətlərarası Komissiyası çərçivəsində mədəni-humanitar sahələr üzrə əməkdaşlığın ardıcıl şəkildə genişləndirildiyi, birgə layihələrin həyata keçirildiyi və xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirildiyi bildirilib.

    Qeyd edilib ki, 2025-ci ildə Azərbaycanda Türkmənistanın mədəniyyət günləri uğurla keçirilib, 2026-cı ildə isə Türkmənistanda Azərbaycanın mədəniyyət günlərinin təşkili nəzərdə tutulur.

    Görüşdə elm və təhsil sahələrinin ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb. Bu sahədə qarşılıqlı səfərlərin artırılması, elmi qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd olunub.

    Böyük türkmən şairi Maxtumqulu Fərağinin irsinin birgə tədqiqinin əhəmiyyəti vurğulanaraq, onun yaradıcılığının Azərbaycanda daim böyük maraqla qarşılandığı, əsərlərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, ötən il Aşqabadda Maxtumqulu Fərağinin “Aşiq olmuşam” adlı şeirlər kitabının Azərbaycan və türkmən dillərində təqdimatı keçirilib. Həmçinin 2025-ci ildə AMEA-da Maxtumqulu Fəraği Türkmən Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başladığı xatırladılıb.

    Tərəflər Azərbaycanla Türkmənistan arasında elm və təhsil sahəsində imzalanmış əməkdaşlıq sənədlərinin praktiki nəticələr verdiyini qeyd edərək, ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında birgə elmi proqramların icrası, ortaq konfrans və simpoziumların təşkili, gənc alimlərin mübadiləsi və birgə elmi nəşrlərin hazırlanması məsələlərini müzakirə ediblər.

    Xüsusilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Maxtumqulu Fəraği adına Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlığın birgə tədqiqatlar, əlyazmaların mübadiləsi, rəqəmsallaşdırma və ortaq nəşrlər vasitəsilə genişləndirilməsinin vacibliyi vurğulanıb.

    Eyni zamanda UNESCO, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Türk Akademiyası çərçivəsində əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi imkanları da müzakirə olunub.

    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb
    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb
    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb
    #Qismət Gözəlov Türkmənistanın Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb #Azərbaycan–Türkmənistan elmi və mədəni əməkdaşlığı genişlənir #Səfir Qismət Gözəlov Aşqabadda elmi əməkdaşlığı müzakirə edib #Azərbaycan və Türkmənistan arasında əlyazmalar üzrə birgə tədqiqatlar #Maxtumqulu Fəraği irsi üzrə əməkdaşlıq gündəmdə #Azərbaycan–Türkmənistan münasibətləri mədəni-humanitar sahədə dərinləşir #Azerbaycan Büyükelçisi Gözəlov #Milli Elyazmaları Enstitüsü ile görüştü #Azerbaycan–Türkmenistan bilimsel iş birliği güçleniyor #Mahtumkulu Feragi mirası üzerine ortak çalışmalar #İki ülke arasında kültürel ve akademik temaslar artıyor #Azerbaycan ve Türkmenistan arasında el yazmaları iş birliği #Kültür ve bilim alanında stratejik ortaklık
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb

    28 Yanvar 2026 14:02

    Bakı və Türkmənbaşı limanları Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

    28 Yanvar 2026 11:59

    Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

    27 Yanvar 2026 19:21

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində fevral ayı üçün qəbul cədvəli təqdim edilib

    27 Yanvar 2026 18:57

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    27 Yanvar 2026 17:36

    MEDİA-dan Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya ilə bağlı açıqlama

    27 Yanvar 2026 16:44

    Sahibə Qafarova Saqr Qobaşla Azərbaycan-BƏƏ parlamentlərarası əməkdaşlığı müzakirə edib

    27 Yanvar 2026 16:36

    Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşdü

    27 Yanvar 2026 12:40

    Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - MEDİA

    27 Yanvar 2026 11:58

    DTX səfirliyə terror hücumunun qarşısını aldı

    27 Yanvar 2026 09:48

    Milli Məclisin sədri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

    27 Yanvar 2026 09:43

    Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Moldova və Çinə təhvil verdi

    26 Yanvar 2026 18:11
    Demo
    XƏBƏR LENTİ

    Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

    Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim edildi

    İrana hücum müharibəni yenidən alovlandırmaq deməkdir - Hakan Fidan

    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Milli Əlyazmalar İnstitutunun direktoru ilə görüşüb

    Osmanlı dövləti nə vaxt quruldu? 1299 mübahisəsi və yeni yanaşmalar

    Postmüharibə dövründə 29 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı məşğulluq tədbirlərinə cəlb edilib

    ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb

    ABŞ-ın Venesuela əməliyyatında istifadə etdiyi gizli silahın detalları açıqlanıb

    Keçən il Türkiyədən İrana mebel ixracı 283 milyon dolları keçib (ÖZƏL)

    Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verilməyəcək - Netanyahu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.