BAKI, AzerVoice, Səməd Əyyubov
Mərmərə dənizində 3,2 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 19:57-də (Bakı vaxtı ilə saat 20:57-də) baş verib. Zəlzələ Türkiyənin İstanbul və digər vilayətlərində hiss olunub. Kandilli rəsədxanasının məlumatına görə, yeraltı təkanlar 8,8 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 16 bina çökmüşdü, bir nəfər isə həyatını itirmişdi. Zəlzələ Balıkesir vilayəti ilə yanaşı ölkənin digər bölgələrində də hiss olunmuşdu.