BAKI, AzerVoice, Zeynəb Raminqızı
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 88,1 faiz azalaraq, 2 milyon 143 min 34 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 80,2 faiz azalaraq, 16 milyon 583 min 63 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 9 milyard 704 milyon 946 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 1 milyard 584 milyon 768 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 270 milyon 748 min dollar məbləğində hazır geyim ixrac edib.