BAKI, AzerVoice, Zeynəb Raminqızı
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,9 faiz artaraq, 532 min 54 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 3 milyon 897 min 54 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 1 milyard 521 milyon 195 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 231 milyon 343 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 0,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 2 milyard 783 milyon 934 min dollar məbləğində xalça ixrac edib.