BAKI, AzerVoice, Zeynəb Raminqızı
Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 218,7 faiz artaraq, 3 milyon 976 min 29 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 58,9 faiz artaraq, 13 milyon 386 min 82 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 2 milyard 609 milyon 212 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 429 milyon 891 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 4 milyard 396 milyon 728 min dollar məbləğində sement ixrac edib.