Əsas səhifə » Türkiyə və İran prezidentləri İsrail-İran gərginliyini müzakirə edib

Türkiyə və İran prezidentləri İsrail-İran gərginliyini müzakirə edib

BAKI, AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Görüşdə İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb ki, Prezident Ərdoğan İran Prezidenti Pəzeşkiyanla telefon danışığı aparıb.

Görüşdə İsrail ilə İran arasındakı qarşıdurma, regional və beynəlxalq gündəmdə olan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan söhbət zamanı bildirib ki, İsrail və İran arasında baş verən qarşıdurmalarla bağlı bir sıra ölkə liderləri ilə təmaslar qurub və Türkiyənin bu münaqişənin tez bir zamanda başa çatması, habelə nüvə danışıqlarına qayıdılması üçün vasitəçilik rolunu üzərinə götürməyə hazır olduğunu vurğulayıb.

Ərdoğan, həmçinin, Türkiyənin bölgədə sülhün və sabitliyin qorunmasına verdiyi əhəmiyyətin altını çəkib.

Digər Kateqoriyalar

2025 © Azervoice