BAKI, AzerVoice
İsrailin İranın dövlət tele-radio şirkətinin (IRIB) binasına endirdiyi hava zərbəsi cinayətdir.
AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai X sosial şəbəkəsində yazıb.
O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını bu hücumları dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.
“Dövlət tele-radio binasına hücum İsrail rejiminin daha bir vəhşi cinayətidir. BMT Təhlükəsizlik Şurası, İran xalqına qarşı davam edən bu təcavüzü dayandırmaq üçün öz öhdəliklərini yerinə yetirməlidir” - deyə, Bəqai bildirib.
Xatırladaq ki, daha əvvəl İsrailin, İranın əsas yayım qurumu olan IRIB-in Tehrandakı baş binasına hava zərbəsi endirdiyi bildirilmişdi. Hadisə nəticəsində genişmiqyaslı dağıntılar qeydə alınmayıb.
Bununla yanaşı, Çin də İsrailin İrana qarşı hücumlarını qınayıb və İranın yanında olduğunu bəyan edib.