Əsas səhifə » İran İsrailə məxsus dördüncü F-35 qırıcısını vurub

İran İsrailə məxsus dördüncü F-35 qırıcısını vurub

BAKI, AzerVoice

İranın hava hücumundan müdafiə qüvvələri İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısını Təbriz şəhəri üzərində vurub.

AzerVoice xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, bu, İran ordusu tərəfindən indiyə qədər vurulan dördüncü F-35 təyyarəsidir.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice