BAKI, AzerVoice
İsrail Silahlı Qüvvələri, Tehranda zərərçəkənlərə yardım göstərən İran xilasedicilərinə hava zərbəsi endirib.
AzerVoice xəbər verir ki, Bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
“Təşkilatın iki əməkdaşının həlak olması ehtimalı var” - deyə, məlumatda bildirilib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.