BAKI, AzerVoice
İsrail Ordusu, Tehranda İran Silahlı Qüvvələrinin rabitə mərkəzinə zərbə endirib.
AzerVoice xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin verdiyi bəyanatda deyilir.
“Bu gün, bazar ertəsi günü, İsrail Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin məlumatlarına əsaslanaraq, İran Silahlı Qüvvələri tərəfindən hərbi məqsədlərlə istifadə edilən rabitə mərkəzinə dəqiq zərbə endirib” - deyə, bəyanatda bildirilib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.