BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Oman Sultanı Heysəm bin Tariq bin Teymur əl-Səid ilə telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.
Məlumata görə, söhbət zamanı İsrail ilə İran arasında davam edən qarşıdurma, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan, telefon danışığı zamanı İsrailin İrana qarşı başladığı hücumların region təhlükəsizliyi üçün ciddi risklər yaratdığını, bölgənin yeni bir müharibəni qaldıracaq gücdə olmadığını vurğulayıb.
Ərdoğan, həmçinin, Netanyahu hökumətinin qlobal sabitlik və təhlükəsizlik baxımından artıq problemə çevrildiyini bildirib. Bundan əlavə, Ərdoğan Türkiyənin bu məsələnin yeganə həll yolunun diplomatik danışıqlar olduğuna inandığını qeyd edib.
Ərdoğan, son hadisələrin Qəzzada İsrailin həyata keçirdiyi soyqırımı unutturmaması və bu vəhşiliklərin gündəmdən düşməsinə imkan verilməməsinin vacibliyini də xüsusilə qeyd edib.