BAKI, AzerVoice
Ədirnədə xaricə qaçmağa çalışan 5 FETÖ şübhəlisi həbs edilib.
AzerVoicexəbər verir ki, Türkiyənin
Ədirnə vilayətində xaricə qaçmağa cəhd edən 5 FETÖ üzvü polis
tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Şübhəlilər məhkəmə qərarı ilə həbs olunub.
Həbs edilənlər arasında Ailə və Sosial Siyasətlər Nazirliyində mütəxəssis vəzifəsində işləmiş C.M.Ç, polis rəisi A.Ö., Hava Qüvvələrinin zabiti F.D və S.Ü., eləcə də FETÖ ilə əlaqəli qurumda çalışmış H.İ. yer alır. Onlar polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə təhvil verilib və məhkəmə qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Ədirnə İl Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə və Qaçaqmalçılıq şöbələrinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı FETÖ üzvlərinin qeyri-qanuni yollarla ölkədən çıxarılmağa hazırlaşdıqları müəyyən olunub. Əməliyyat nəticəsində 2 avtomobil izlənilərək saxlanılıb və onlardan birində 4 qeyri-qanuni miqrantın Əfqanıstana aparıldığı üzə çıxıb.
Digər avtomobildə olan 5 FETÖ şübhəlisi və sürücülər də saxlanılıb, qeyri-qanuni miqrantlar isə İl İmmiqrasiya İdarəsinə təhvil verilib.