Əsas səhifə » Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə 18 vilayətdə İŞİD-ə qarşı keçirilən əməliyyatda 39 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində 18 vilayətdə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində 39 nəfərin saxlanıldığını açıqlayıb.

Nazir sosial media hesabında verdiyi açıqlamada bildirib ki, Jandarma qüvvələrinin Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığı Terrorla Mübarizə Şöbəsinin koordinasiyası ilə həyata keçirdiyi əməliyyatlar Adana, İstanbul, Bursa, Kayseri, Şanlıurfa, Hatay, Kocaeli və digər vilayətləri əhatə edib.

Əməliyyatlar zamanı saxlanılan şəxslərin İŞİD üzvü olduqları, terror təşkilatına maliyyə dəstəyi göstərdikləri və sosial mediada təşkilatın təbliğatını apardıqları müəyyən edilib. Axtarışlar zamanı çoxlu sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.

Ali Yerlikaya əməliyyatları həyata keçirən jandarma qüvvələrini, Respublika Baş Prokurorluğunu və əyalət rəhbərliklərini təbrik edib, terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice