Əsas səhifə » Fidan və Lammi Yaxın Şərqdəki münaqişəni müzakirə edib

Fidan və Lammi Yaxın Şərqdəki münaqişəni müzakirə edib

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lammi ilə telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, görüş zamanı əsas diqqət İsrail və İran arasında artan gərginliyə yönəlib.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, tərəflər regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, Hakan Fidan prezident Rəcəb Tayyib Ərdoğanın adından bu gün Albaniyada keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SEECP) Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice