BAKI,AzerVoice
Sakarya şəhər Gənclik və İdman İdarəsi tərəfindən idman ləvazimatlarının alımı üzrə tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar iki partiyada təhvil alınacaq. İlk partiya təhvili müqavilə imzalandıqdan 15 gün sonra, ikinci partiya isə avqust ayında olacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 14 iyul 2025-ci il tarixinə qədər "İstiklal Mahallesi Safrancık Sokak No: 8/A Serdivan/Sakarya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir