Əsas səhifə » Türkiyədə xəstəxana tikintisi üçün tender elan edilib

Türkiyədə xəstəxana tikintisi üçün tender elan edilib

BAKI,AzerVoice

Türkiyənin Bolu şəhərində Fiziki Müalicə və Reabilitasiya Xəstəxanasının tikintisi üçün tender elan olunub.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 650 gün təşkil edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 14 iyul 2025-ci il tarixinə qədər "Üniversiteler Mahallesi Şehit Mehmet Bayraktar Caddesi No: 306800 Bilkent Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice