Əsas səhifə » Türkiyə bələdiyyəsi təmizlik ləvazimatları satın alacaq

Türkiyə bələdiyyəsi təmizlik ləvazimatları satın alacaq

BAKI,AzerVoice

Kandıra Bələdiyyəsi 55 növ təmizlik ləvazimatının alınması üçün tender elan edilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 20 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 25 iyun 2025-ci il tarixinə qədər "Akdurak Mahallesi Cumhurıyet Caddesi No:9 41600 Kandıra/Kocaeli" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice