BAKI, AzerVoice
Suriyanın Dəraa vilayətinin hava məkanında İrana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
AzerVoice xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə vilayətin qərb hissəsində baş verib. PUA-nı kimin vurduğu barədə hələlik rəsmi məlumat verilməyib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri bugün səhər saatlarında İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.