Əsas səhifə » Suriyanın İdlib vilayətinə PUA hücumu edilib - Ölənlər var

Suriyanın İdlib vilayətinə PUA hücumu edilib - Ölənlər var

BAKI, AzerVoice

Suriyanın şimal-qərbindəki İdlib vilayətinə mənbəyi məlum olmayan iki ayrı pilotsuz uçuş aparatının (PUA) etdiyi hücum nəticəsində azı 5 nəfər ölüb.

AzerVoice xəbər verir ki, bu barədə Suriya Mülki Müdafiə Təşkilatı məlumat yayıb

Məlumata görə, İdlibin Sarmada-Bardaklı avtomobil yolunda PUA-nın motosikleti hədəfə alması nəticəsində bir nəfər ölüb, iki mülki şəxs xəsarət alıb.

Digər bir PUA hücumu isə İdlibin Atma qəsəbəsindəki qaçqın düşərgəsinə gedən yolun kənarında baş verib. PUA dörd nəfərin olduğu bir avtomobili hədəfə alıb. Hücum nəticəsində avtomobil tamamilə məhv olub və içindəkilərin hamısı ölüb. Ölənlərin kimliyi rəsmi olaraq müəyyənləşdirilməyib, lakin yerli mənbələr onların "Hurras əd-Din" təşkilatına bağlı ola biləcəyini bildirib.

Hədəfə alınan avtomobilin ABŞ-a məxsus PUA tərəfindən vurulduğu iddia edilir.

Xəsarət alanlara Suriya Mülki Müdafiə Təşkilatı tərəfindən ilkin tibbi yardım göstərilib, daha sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Motosikletə edilən hücumda ölən şəxsin cəsədi isə Sarmada şəhərindəki tibbi ekspertizaya aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice