Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İsrail və Suriya... danışıqlar üçün təklif olunan gündəlik

    9 İyun 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Prezident Donald Tramp ilə Əhməd əl-Şəraa arasında görüş və Trampın ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi qərarı iki ölkə arasında müsbət iş əlaqələrinin qurulmasına yol aça bilər. Məlumatlara görə, Şəraa gələcəkdə münasib bir vaxtda “İbrahim Sazişləri”nə qoşulmaq barədə Trampın təklifinə müsbət cavab verib. Lakin bu mövqenin yalnız zahiri izahı ilə kifayətlənmək ağıllı seçim olmaya bilər, çünki həm Suriya, həm də İsrail hazırda belə cəsarətli addıma hazır deyillər. Bununla belə, daha təvazökar bir yanaşma, yəni birgə mövcudluq üçün format tapmaq daha real bir seçim kimi görünür.

    Əsəd sülaləsinin devrilməsi və Əhməd əl-Şəraa və onun “Təhrir Əş-Şam” hərəkatının rəhbərlik etdiyi rejimin yüksəlişi Yaxın Şərq siyasətində böyük bir dönüş nöqtəsi, İsrail-Suriya münasibətlərində isə mühüm mərhələ oldu. 1991-2011-ci illər arasında hər iki ölkə arasında gərgin müharibə dövrünü ara-sıra sülh prosesi əvəz etsə də, yekun sülh sazişinə nail olunmadı. Bu proses Suriya vətəndaş müharibəsi ilə başa çatdı və ölkə getdikcə İranın təsiri altına düşdü.

    Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsi Qəzza müharibəsinin dolayı nəticəsi idi. İsrailin İran və Hizbullaha qarşı həyata keçirdiyi hücumlar hər iki tərəfi zəiflətdi və Əsəd bu dəstəyi itirdi. Bu boşluqda Şəraa və onun qüvvələri İdlibdən çıxaraq ardıcıl şəkildə Hələbi, sonra Həmanı , Humsu və Dəməşqi, demək olar ki, müqavimətsiz ələ keçirdilər. İsrail bu radikal dəyişimi həm narahatlıq, həm də gözləntilərlə qarşıladı. İsrail İranın Suriyadakı təsirinə son qoyulmasını strateji qazanc kimi gördü, lakin qarşısında bir neçə vacib sual meydana çıxdı. Əvvəlcə, cihadçı keçmişi olan bu liderin indi həqiqətənmi əvvəlki radikal mövqeyindən imtina edərək ölkəsini yenidən birləşdirməyə və bərpa etməyə çalışan praqmatik bir liderə çevrildiyi sual altına alındı. Habelə Suriyanın daxilində separatçı qüvvələrin qarşısını alıb ala bilməyəcəyi, ölkənin bütövlüyünü təmin edib-edə bilməyəcəyi də suallar doğurdu.

    Üçüncü sual isə yeni rejimin Türkiyənin cənub sərhədlərində nüfuz axtarışı, eləcə də Suriyada mövqeyini qorumağa çalışan İran və Rusiyanın müdaxilələrinə qarşı hansı mövqedə olacağı ilə bağlı idi.

    Əhməd əl-Şəraa bir neçə çıxışında bildirib ki, hazırda İsrail ilə üz-üzə gəlmək və ya onlarla məşğul olmaq niyyətində deyil, onun prioriteti ölkənin yenidən qurulmasıdır. O, “İsrail məsələsi”nin hazırda təxirə salındığını vurğulayıb. Lakin İsrail gözləməyi seçmədi. 7 oktyabr hadisələrinin yaratdığı şokla İsrail mümkün hücumların qarşısını almaq üçün Colan bölgəsindəki cihadçı qruplara qarşı önləyici zərbələr endirməyə başladı, 1974-cü il atəşkəs müqaviləsi ilə iki ölkəni ayıran neytral bölgəyə və Şeyx dağına nəzarəti ələ keçirdi, Əsədin buraxdığı silahların cihadçıların əlinə keçməsinin qarşısını almaq üçün onları məhv etdi. İsrail həmçinin Suriyadakı druz icmasının bəzi üzvlərinə rejim qüvvələrinin hücumlarından qorunmaq üçün dəstək göstərdi. Bu addım həm Suriyadan daxil olan çağırışlara, həm də İsraildəki druz icmasının təzyiqlərinə cavab olaraq atıldı.

    Baxmayaraq ki, bu başlanğıc nikbinlik doğurmur, bu, zəruri olaraq qarşıdurmanın davam edəcəyini göstərmir. Hər iki tərəfin sabit münasibətlər qurmaqda ümumi marağı var. Bunun üçün sülh sazişi və ya münaqişənin yekun həlli lazım deyil. Belə bir həll hazırkı mərhələdə çətin görünür, çünki yeni rejim hələ də hakimiyyətini möhkəmləndirməyə çalışır, İsraildə isə hakim koalisiyada milli mövqeləri müdafiə edən qüvvələr mövcuddur. Buna baxmayaraq, tərəflər arasında təcili məsələlərdə praktik anlaşmalar əldə edilə bilər ki, bu da konstruktiv əməkdaşlığa zəmin yaradar.

    Ən təcili məsələlərdən biri hər iki hökumətin dialoqu və gərginliyi azaltmaq üçün gizli “qırmızı xətt” mexanizminin yaradılmasıdır. Bu, 2015-ci ildən bəri İsrail ilə Rusiya arasında işləyən koordinasiya mexanizmi kimi, hərbi toqquşmaların qarşısını ala bilər. Digər məsələ Türkiyənin Suriyadakı ambisiyaları ilə bağlıdır. İsrail, xüsusilə də İsrailə qarşı kəskin tənqidi ritorika ilə çıxış edən hazırkı hökumətin rəhbərlik etdiyi Türkiyənin Suriyanın içərilərində hərbi mövcudluq yaratmasından ehtiyat edir. Bu isə əgər Şəraa ölkəsinin suverenliyini möhkəmləndirmək və dövləti gücləndirmək istəyirsə, onun maraqlarına uyğun deyil. Ona görə də bu mövzuda danışıqlar Suriyanın və İsrailin təşəbbüsü ilə, bəlkə də Tramp administrasiyasının iştirakı ilə keçirilməlidir.

    Üçüncü məsələ ABŞ sanksiyalarının, xüsusilə Trampın qərarından sonra qüvvədə olan “Sezar Qanunu”nun aradan qaldırılmasıdır. Şəraa üçün iqtisadiyyatı bərpa etmək və yenidənqurma prosesinə başlamaq əsas prioritetlərdəndir. Lakin ABŞ-ın sanksiyaları bu prosesin qarşısında əsas maneə idi. İsrail Tramp administrasiyası və Konqreslə dialoq kanalları vasitəsilə bu məsələdə yardımçı rol oynaya bilər.

    Suriyada yeni hökümətin azlıqlarla münasibətinə gəlincə, İsrail üçün Əsəd rejiminin əsas dayağı olan ələvilərlə münasibətləri bərpa etməyə ehtiyac yoxdur. Kürdlərlə, xüsusən də Suriya kürdləri ilə əlaqələri zəifdir, hazırda onların yeni rejimlə münasibətləri nisbətən sabit görünür. Druzlara gəlincə, rejim üçün məqsəd bəzi druz qrupları ilə toqquşmaları bitirib bu mövzunu daimi gərginlik mənbəyi kimi aradan qaldırmaq olmalıdır.

    İsrail Suriyanın yenidən qurulmasına kömək edə bilər, lakin bu, Şəraanı mövqeyindən asılı olacaq. O, İsraildən birbaşa dəstək almağa açıq olacaqmı? Yoxsa bu praqmatik əlaqəni ictimaiyyətin gözündən kənarda, kölgədə saxlamağa üstünlük verəcəkmi?

    #Suriya #Əhməd Şəraa #Suriya xəbərləri #Suriya münaqişəsi #PKK/YPG və Suriya #Suriya Müdafiə Nazirliyi #Suriyada hərbi əməliyyatlar 2025 #Türkiyənin Suriya siyasəti #İran-İraq-Suriya dəhlizi #Suriya inqilabı #Suriya Xarici İşlər Nazirliyi #Suriya hökuməti #İran-Suriya münasibətləri #Suriya hava məkanı #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #Cəbələ şəhərində gərginlik və ələvilər icması #druzlar #Suriyada Ələvi və Dürzi qarşıdurmaları #Şiə və Ələvi milisləri #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Əhməd əş-Şəraa siyasəti #Tramp Şəraa görüşü #Əhməd əş-Şəraa kimdir #Əhməd Şəraa və Netanyahu görüşü #Əhməd əş-Şəraa #Tramp və Əhməd əş Şəraa görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    11 Dekabr 2025 13:06

    Suriyanın yenidən qurulması üçün 216 milyard dollar tələb olunur - Hakan Fidan

    10 Dekabr 2025 17:04

    Səudiyyə və Suriya liderləri təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər

    10 Dekabr 2025 10:10

    Türkiyə Suriyanın yenidən qurulmasında fəal rol oynayacaq - Ərdoğan

    9 Dekabr 2025 16:09

    Türkiyə-Suriya sərhədində strateji nəqliyyat xətti bərpa olunur

    9 Dekabr 2025 10:29

    8 Dekabr Suriya Azadlıq Günü: Azadlıq uğrunda onillik mübarizənin simvolu

    9 Dekabr 2025 10:25

    Türkiyə Suriya ərazi bütövlüyünü və sabitliyini dəstəkləyir - Ərdoğan

    8 Dekabr 2025 16:46

    ABŞ Suriyada yeni hökuməti dəstəkləmək üçün sanksiyaları azalda bilər

    8 Dekabr 2025 12:45

    Suriya xalqının iradəsi dəyişimin mümkün olduğunu sübut etdi - Quterreş

    8 Dekabr 2025 09:51

    12 Gündə Dağılmış Yarım Əsrlik Güc: Rejim Getdi, Suriya Yenidən Doğdu

    8 Dekabr 2025 09:00

    Kanada Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardı

    6 Dekabr 2025 11:57

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.