23
BAKI, AzerVoice
Dəməşqdə İŞİD-ə qarşı əməliyyat zamanı bir çox terrorçu saxlanılıb.
AzerVoice xəbər verir ki, Suriya
Daxili İşlər Nazirliyi Dəməşqin Qərbi Quta bölgəsində İŞİD terror
təşkilatının hüceyrə strukturlarına qarşı genişmiqyaslı əməliyyat
keçirildiyini açıqlayıb.
Əl-Kisva, Deyr Həbiyə, Əl-Mukayliba və Zəkiyə qəsəbələrini əhatə
edən əməliyyat nəticəsində çoxlu sayda təşkilat üzvü
saxlanılıb.
Qeyd edək ki, əməliyyat zamanı təhlükəsizlik qüvvələri İŞİD-ə məxsus istilik axtaran raketlər, müxtəlif növ silahlar, partlayıcı qurğular və partlamağa hazır kamikadze jiletləri ələ keçirildiyini bildirib.