Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Sual-Cavab

    Zəkatın verilməsi üçün bir ilin keçməsi şərtdirmi?

    27 İyul 2025 13:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bəli, zəkatın verilməsinin əsas şərtlərindən biri də malın nisab miqdarına çatdıqdan sonra üzərindən bir hicri (qəməri) ilin keçməsidir. Rəsulullah ﷺ buyurur:“Bir il keçmədən maldan zəkat vermək vacib deyil.”(Əbu Davud, Zəkat, 3)

    Bu müddət hicri (ay təqvimi) ilə hesablanmalıdır. Bu barədə İslam alimləri arasında fikir ayrılığı yoxdur. Həm Raşidi xəlifələr, həm də onlardan sonra gələn alimlər bu məsələdə yekdil olmuşdur.

    Bir ilin keçməsi hansı mallara aiddir?

    Bu şərt müəyyən mallara tətbiq edilir:

    Heyvanların bəlli növlərinə
    Qızıl və gümüşə
    Qızıl-gümüş dəyərindəki nəğd pula
    Ticarət mallarına

    Əgər bu mallar nisab miqdarına çatarsa, üzərindən bir qəməri il keçdikdən sonra zəkat verilməlidir.

    Praktik nümunə:

    Tutaq ki, malınız 2024-cü ilin sentyabr ayında nisab miqdarına çatıb. Bu tarix hicri təqvimi ilə Rəbiül-əvvəl ayına uyğun gəlmişdir. Deməli, gələn il Rəbiül-əvvəl ayında zəkat verməlisiniz. Bu da təxminən 25 avqust – 23 sentyabr 2025-ci il tarixlərinə təsadüf edəcək.

    Əmək haqqının zəkatı varmı?

    Zəkat, Allah yolunda edilən xərcləmələrin (infaqın) xüsusi bir növüdür. Onu fərqləndirən xüsusiyyət isə müəyyən edilmiş dini şərtlərə tabe olmasıdır. Zəkatın qəbul olunması üçün əsas şərtlərdən biri ixlaslı niyyətdir. Bu niyyət təkcə zəkatda deyil, bütün ibadətlərdə əsas olmalıdır.

    Zəkat digər könüllü yardımlardan fərqli olaraq müəyyən qaydalara əsaslanır. Məsələn, könüllü yardımlarda insan malını istədiyi qədər, istədiyi şəxsə verə bilər. Amma zəkat müəyyən şərtlərlə və dəqiq hesablama ilə verilməlidir.

    Zəkatın əsas şərtləri:

    Nisab miqdarı:
    Zəkat vacib olması üçün malın müəyyən miqdarı keçməsi (nisab) şərtdir. Məsələn, bu gün üçün nisab 85 qram xalis qızıl və ya onun dəyərində nəğd puldur.

    Hal-hazırda Azərbaycanda 1 qram qızılın qiyməti 156 AZN-dirsə:
    156 AZN × 85 qram = 13.260 AZN.
    Yəni, təxminən 13.000 AZN.

    Zaman şərti:
    Nisab miqdarında mala sahib olduqdan sonra bir qəməri ilin keçməsi lazımdır. Bu müddət bitdikdən sonra zəkat vacib olur.

    Əgər siz hər ay 2.000–3.000 manat əmək haqqı alırsınızsa, o zaman həmin pullar toplanaraq ümumi məbləğ 13.000 manata çatdıqda və bu miqdar üzərindən bir qəməri il keçdikdən sonra zəkat vacib olur.

    Məsələn, bu gün Şaban ayında sərvətiniz 13.000 manat oldu. Gələn ilin Şaban ayında əgər bu məbləğ ən azı 13.000 manat qalarsa, o zaman 2.5% (yəni qırxda biri) zəkat verməniz fərz olur.

    Əgər il ərzində sərvət bu miqdardan aşağı düşərsə, zəkat vacib olmur və yeni hesablamaya başlanır. Bu, Malikilər, Şafeilər və Hənbəlilərin görüşüdür.

    Lakin Hənəfi məzhəbinə görə, il ərzində sərvət 13.000 manatdan bir qədər aşağı düşsə belə, il sonunda həmin miqdara bərabər və ya çox olarsa, zəkat verilməlidir. Yəni, burada əsas başlanğıc və son tarixdəki vəziyyətdir.

    Zəkat ciddi bir ibadətdir və Allah rizası üçün verilir. Ona görə də zəkatla bağlı məlumatlı olmaq və düzgün hesab aparmaq önəmlidir.

    #Zəkat nədir? #İslamda zəkat və sədəqə #İslam dinində zəkatın və sədəqənin əhəmiyyəti #İslamda zəkat və sədəqə nə deməkdir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəbənin qiyamətə yaxın dağıdılması ilə bağlı hədislər nə bildirir

    11 Yanvar 2026 16:59

    Peyğəmbərimiz Çin hökmdarına elçi göndəribmi? Tarixi mənbələr nə deyir

    11 Yanvar 2026 14:00

    Osmanlı dövlətində şeyxülislam necə müəyyən edilirdi?

    10 Yanvar 2026 10:43

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Kəffarə orucu nədir və necə tutulur? – Qaydalar və şərtlər

    28 Dekabr 2025 22:00

    İslamda Fatihə surəsinin mənəvi və fiqhi əhəmiyyəti nədir?

    21 Dekabr 2025 14:23

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    21 Dekabr 2025 11:00

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Zəkat nədir?

    29 Noyabr 2025 18:50

    Mərakeş kralı VI Məhəmməd zəkata dair yeni fətva verilməsi göstərişi verdi

    11 Sentyabr 2025 10:36

    Zəkatını Afrikada təhsilə yönəlt

    7 Mart 2025 23:22

    Zəkat necə hesablanır

    11 İyul 2024 11:16
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı Qahirədə Fələstinə böyük yardım payı göndərib

    Putin və Pezeşkiyan regiondakı gərginliyi müzakirə ediblər

    Keçən il Türkiyədən Qazaxıstana polad ixracı 35 milyon dolları keçib (ÖZƏL)

    Baş prokuror Şirvan şəhərində regional vətəndaş qəbulunu keçirib

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya səfər edəcək

    Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

    Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla keçib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.