BAKI, AzerVoice, Orxan Qədirzadə
Pandemiya dövrü ilə bağlı xüsusi müddəaları da əhatə edən 11-ci Məhkəmə Paketi sabah Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədrliyinə təqdim ediləcək. Yeni hüquqi paket cəzaçəkmə müəssisələrində tətbiq olunan qaydaların yenilənməsini nəzərdə tutur.
AzerVoice -un verdiyi məlumata görə, təqdim ediləcək paket ilk mərhələdə təxminən 50 min məhkumun vəziyyətinə təsir göstərəcək. Dəyişikliklər əsasən koronavirus dövründə tətbiq edilən müddətli icazə mexanizmlərinin yenidən tənzimlənməsi və cəza yükünün optimallaşdırılmasına yönəlib.
Rəsmi məlumatlarda qeyd olunur ki, paketin müzakirəsi əvvəlcə komitə mərhələsində aparılacaq, daha sonra isə ümumi iclasa çıxarılacaq. Sənədin qəbul olunması üçün geniş siyasi razılaşmanın formalaşdırılması gözlənilir.