Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Sual-Cavab

    Qadının məhrəmləri yanında örtünmə qaydaları: fiqhi məzhəblərinin izahı

    19 Noyabr 2025 14:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İslam fiqhində həm kişilər, həm də qadınlar üçün bədənin müəyyən hissələrinin örtülməsi dini və ictimai dəyər sayılır. Quran ayəsinə görə geyim həm ayıb yerlərin örtülməsi, həm də təqvanın təcəssümü kimi təqdim edilir. Geyim təbii bir ehtiyac olmaqla yanaşı, cəmiyyətdə əxlaqi nizamın qorunmasına da xidmət edir.

    İslam hüququ qadının örtünmə qaydalarını müəyyən edərkən yaş, cins, ictimai münasibət, naməhrəm–məhrəm fərqini və fitnə ehtimalını nəzərə alır. Əksər məzhəblərə görə qadın naməhrəm kişilər qarşısında əl və üz istisna olmaqla bədəninin bütün hissələrini örtməlidir. Hənbəli alimləri isə əl və üzü də örtülməli sayır.

    Naməhrəm dedikdə, qadına qan, süd və ya nikah səbiəbilə əbədi haram olmayan və həddi-büluğa çatmış kişilər nəzərdə tutulur. Həmçinin təmyiz yaşına çatmış, qadının bədənini dərk edə bilən oğlan uşaqları da naməhrəm hökmündədir.

    Məhrəm qohumlar — ata, qardaş, baba, oğul və digər ailə üzvləri yanında örtüləcək nahiyə məzhəblərə görə fərqlənir. Hənəfi alimlərinə görə, qadının məhrəm yanında örtməli olduğu əsas nahiyə göbək ilə diz arasıdır. Boyun, qollar və baldırların görünməsi günah sayılmasa da, əxlaqi baxımdan ehtiyatlı davranılması tövsiyə edilir. Maliki alimləri isə üz, əllər və ayaqlar xaric bədənin tamamının örtülməsinin vacib olduğunu bildirirlər. Şafii alimlərinə görə göbək-diz arası örtülməlidir, lakin fitnə ehtimalı varsa daha geniş örtünmə tələb olunur. Hənbəli alimləri baş və qolların açıq olmasını caiz saysalar da, göbək–diz arası örtülü qalmalıdır.

    Qadınların qadınlar arasında örtünməsi məsələsində yanaşma daha mülayimdir. Əksər alimlərə görə müsəlman qadınların müsəlman qadınlar yanında göbək–diz arası örtməsi kifayətdir. Qeyri-müsəlman qadınlar yanında isə Maliki və Hənəfi alimləri ehtiyatlı olmağı və hicablı qalmağı tövsiyə edirlər. Bunun səbəbi qeyri-müsəlman qadınların yaxınlıq dairəsindəki kişilərə qadının bədənini vəsf edərək fitnə doğurması ehtimalıdır.

    Fıqh alimləri bildirirlər ki, “örtülməsi vacib olmayan yer” ifadəsi həmin nahiyələrin açıq gəzməsinin təşviqi deyil. Məqsəd ev şəraitində və ailə mühitində müəyyən nahiyələrin təsadüfən açılmasının günah sayılmamasıdır. Lakin hər bir halda ədəb, həya və fitnədən qorunma əsas prinsipdir.

    Qadının örtülməsi vacib olmayan nahiyələrinə baxmaq şəhvət ehtimalı olduqda kişi üçün haram olur. Bu halda kişinin gözünü qoruması vacibdir. Eyni şəkildə, qadın da açıq nahiyələrin diqqət çəkməsi və fitnəyə səbəb olması ehtimalını nəzərə almalıdır.

    Fiqh kitablarında “caiz deyil” ifadəsi bəzi hallarda “haramdır”, bəzi hallarda isə “məkruhdur” mənasında işlədilir. Bu səbəbdən hökmün dərəcəsi mətnin kontekstinə görə müəyyən edilə bilər.

    Sonda nəticə olaraq qeyd edilir ki, bütün məzhəblərin ittifaqı ilə qadının göbək–diz arası nahiyəsini — ərindən başqa — hər kəsə göstərməsi haramdır. Digər bədən hissələrinin hökmü isə məzhəblər üzrə fərqlənir. Hər bir qadın təqlid etdiyi məzhəbin hökmünə uyğun davranmaqla yanaşı, həya və ədəb prinsiplərini qorumağa borcludur. Məhrəm kişilər də dinin açılmasına icazə vermədiyi nahiyələrə baxmamalıdır.

    #Sual-cavab #Qadın örtünməsi #islamda hicab #islam hüququnda geyim #İslam fiqhində qadının məhrəmlər yanında örtünmə qaydaları #Alimlər: qadının naməhrəm qarşısında örtünməsi fərzdir #Fiqq məzhəbləri qadın örtünməsi məsələsində necə fərqlənir? #Qadının evdə və cəmiyyətdə necə örtünməli olduğu fiqhə görə izah edildi #Məhrəm və naməhrəm fərqi: İslam hüququnda bədən sərhədləri #Örtünmə yalnız dini deyil #sosial məsuliyyətdir #İslam fiqhində qadının bədən sərhədləri: hansı yerlər örtülməlidir? #Naməhrəmlər qarşısında hicabın hökmü nədir? #Qadın–qadın münasibətində örtük qaydaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    21 Dekabr 2025 11:00

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36

    İstinca olmadan namaz qılmaq olar? - Fiqhi izah

    16 Noyabr 2025 18:20

    Xütbə oxunarkən qaza namazı qılmaq olar?

    14 Noyabr 2025 10:48

    Məsciddə yatmaq olarmı? – Hökmlər və istisnalar

    5 Noyabr 2025 16:00

    Nə üçün hər namazdan sonra Ayətəl-kürsi oxunur?

    4 Noyabr 2025 09:32

    Peyğəmbərin vəfatına qədər vəhylər davam edib?

    14 Oktyabr 2025 21:22

    Cinlərlə dostluq mümkündürmü?

    11 Oktyabr 2025 13:59

    Adəmoğulları arasında bütpərəstlik nə vaxt və necə başladı?

    5 Oktyabr 2025 20:20

    Müsəlman kişi qadın rəhbərin idarəsi altında işləyə bilərmi?

    4 Oktyabr 2025 07:02
    Demo
    XƏBƏR LENTİ

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

    Keçən il Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 233 milyon dolları keçib (ÖZƏL)

    Ərdoğan CHP sədri Özgür Özələ qarşı 500 min lirəlik mənəvi təzminat iddiası qaldırıb

    Yeni Mərkəzi Asiya Birliyi - Azərbaycanla genişlənən strateji əməkdaşlıq

    BOKT "International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    Air Astana təyyarəsi texniki nasazlıq səbəbindən Pekinə məcburi eniş etdi

    İstanbulda personal xidməti tenderə çıxarılıb

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    Keçən il Türkiyədən Azərbaycana avtomobil ixracı 94 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.