Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Din

    Zəkat necə hesablanır

    11 İyul 2024 11:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir. Termin mənası isə Allahın əmrinə uyğun olaraq müəyyən malların müəyyən qədərini bəlli vaxtlarda heç bir mənfəət güdmədən, yəni sırf Allah rizası üçün yenə Onun əmr etdiyi yerlərə vermək deməkdir.

    Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur. Azərbaycan bazarında 2024-cü il aprel ayına görə təqribi olaraq 1 qram qızıl 100-120 manat arasındadır. Qeyd edim ki, burada xalis qızıldan söhbət gedir. Ancaq ölkəmizdə əsasən 585 və ya 750 prob qızıl daha çox istifadə olunur, alınıb-satılır. Onu əsas götürsək o zaman 6000 manata görə zəkat hesablanır. Bu hissəsi müzakirəyə açıqdır.

    Digər yandan, qadının şəxsi istifadəsində olan qızıl zinət əşyası zəkata tabe olmur. (Bu görüş Şafei məzhəbinə görədir. Hənəfi məzhəbinə görə onlar da zəkata tabedir. Ümumi hsab çıxarılarkən onun dəyəri də hesaba əlavə olunur.) Ancaq valyuta kimi saxlanc məqsədi ilə alınan qızıl, zinət əşyaları zəkata tabedir.

    Gəlir gətirən mallar dedikdə ticarət malları nəzərdə tutulur. Ancaq gəlir gətirməyən ev, maşın, torpaq zəkata tebe deyil. Satıldığı zaman onların zəkatı verilməlidir. Şəxslərin şəxsi istifadəsində olan maşın(lar), ev(lər), ticarət avadanlıqları zəkata tabe deyil. Ancaq maşını taksi kimi işlədirsə, evi də kirayəyə vermişsə onların da kira gəlirdən zəkat verilir. Əlimizə imkan düşüb aldığımız, təmirli və ya təmirsiz mənzil əgər boşdursa zəkata tabe deyil. Ucuz düşüb aldığımız maşın, sürülməyib qarajda qalarsa zəkata tabe deyil, ta ki satılana kimi, satıldıqda zəkata tabe olar. Satın alınan və ya istehsal olunan, anbarda saxlanılan ticarət malı zəkata tabedir.

    Ticarət mallarında zəkat belə hesablanır. Misal verək. Tutaq ki, biz keçən il mart ayında bir qismi əlimizdəki pul, bir hissəsi də borc olmaqla paltar mağazası açdıq. Üzərindən bir il keçdi. Bu arada mağazanın yeri kiradır. İçinə vitrin, maneken, rəf, stol, kompüter və s. almışıq. Bir ilin sonunda içindəki malımızın  və əlimizdə bütün pulun dəyəri, bütün rəsmi və qeyri rəsmi xərcləri, borcları çıxdıqdan sonra günümüz şərtləri ilə 8000 (səkkiz min -80,18 qram qızıl) çox olarsa bizlərə zəkat fərz olar. Ümumi zəkatı hesablayarkən əlimizdə dollar, manat, qızıl, zinət əşyası və s. kimi saxlanc pulumuz varsa onlar da üzərinə əlavə olunur, birlikdə hesablanır. Ümumi dəyərinin 2.5% zəkat olaraq verilir. Misal üçün 10.000 (on min) manat məbləğində olarsa, 250 manat zəkat borcu yaranar. Yuxarıda da qeyd etdim, borclar, kirayə haqqı, maaş, vergi və s çıxılandan sonra xalis mənfəətdən zəkat verilir. Xalis mənfəət pul olduğu kimi, mağazada pulu ödənlib, borcu çıxılandan sonra əlimizdə qalan mal da maya dəyəri üzərindən buraya daxildir. Mağazada istifadə olunan stol, stul, vitrin hesablanmaya daxil deyil. Şirkətə aid, istifadə olunan avadanlıqlar, maşın və s. də zəkata tabe deyil, çünki onları işlədirik.

    Xülasə olaraq deyə bilərik ki, hər bir şəxs ildə bir dəfə zəkatını hesablayıb verməlidir. Zəkat əldə var olan saxlanc puldan, qızıldan və ticarət malından, satılan daşınmaz əmlakdan və maşından verilir. Zəkatda nisab miqdarı, 80,18 qram qızıla görə hesablanır. Təqribi olaraq 6000 və ya 8000 manatı keçən şəkildə əldə olan mal varlığının 2,5% zəkat olaraq verilir.

    Bunu da yaddan çıxarmamaq lazımdır ki, zəkat və sədəqə malımızı təmizləyər, bərəkətini artırar. 80,18 qram qızıla əsasən təyin edilən nisab miqdarı və 2.5% əlibərk, xəsis adamlar üçün təyin edilən üst limitdir. Hər bir şəxs öz vicdanı ilə hesablaşaraq, gəlirindən bir miqdarını Allah rizasını qazanmaq üçün ehtiyac sahiblərinə verməlidir.
    Hər şeyin doğrusunu Allah bilir.

    Zəkat necə hesablanır
    #Sual-cavab #Zəkat nədir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəbənin qiyamətə yaxın dağıdılması ilə bağlı hədislər nə bildirir

    11 Yanvar 2026 16:59

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    21 Dekabr 2025 11:00

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Zəkat nədir?

    29 Noyabr 2025 18:50

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36

    Qadının məhrəmləri yanında örtünmə qaydaları: fiqhi məzhəblərinin izahı

    19 Noyabr 2025 14:05

    İstinca olmadan namaz qılmaq olar? - Fiqhi izah

    16 Noyabr 2025 18:20

    Xütbə oxunarkən qaza namazı qılmaq olar?

    14 Noyabr 2025 10:48

    Məsciddə yatmaq olarmı? – Hökmlər və istisnalar

    5 Noyabr 2025 16:00

    Nə üçün hər namazdan sonra Ayətəl-kürsi oxunur?

    4 Noyabr 2025 09:32

    Peyğəmbərin vəfatına qədər vəhylər davam edib?

    14 Oktyabr 2025 21:22
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı Qahirədə Fələstinə böyük yardım payı göndərib

    Putin və Pezeşkiyan regiondakı gərginliyi müzakirə ediblər

    Keçən il Türkiyədən Qazaxıstana polad ixracı 35 milyon dolları keçib (ÖZƏL)

    Baş prokuror Şirvan şəhərində regional vətəndaş qəbulunu keçirib

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya səfər edəcək

    Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

    Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla keçib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.