Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Sual-Cavab

    Cinlər insanlardan üstünmü, onlardan necə qorunmalı?

    9 Oktyabr 2025 14:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Cinlər qədimdən bəri insanların diqqətini cəlb edən, lakin çox zaman yanlış anlaşılan varlıqlardır. Bəzi inanclarda onların insanlardan daha güclü olduğu düşünülür. Lakin İslam mənbələri bu məsələyə aydınlıq gətirir və insanın yaradılış baxımından cinlərdən üstün olduğunu bildirir.

    İnsan cinlərdən üstündür

    İnsanın ağıl, yaddaş, mühakimə və ibadət qabiliyyəti baxımından bütün yaradılmışlardan, o cümlədən cinlərdən üstün olduğu Qurani-Kərimdə açıq şəkildə qeyd olunur:
    “Biz insanı ən gözəl şəkildə yaratdıq.” (Tin surəsi, 95:4)
    Bu ayə göstərir ki, insan Allahın yaratdıqları arasında “xəlifə”, yəni yer üzündə məsuliyyət daşıyan, iradə sahibi bir varlıqdır. Bu baxımdan, cinlər insanlara tabe varlıqlardır.
    Bəzi cinlər, xüsusilə semavi dinlərin təlimlərindən uzaq olanlar, bu üstünlüyü qəbul etmir, şeytani təsirlərlə insanlara qarşı qısqanclıq və düşmənçilik hissi bəsləyirlər.

    Cinlər insana necə təsir edə bilər?

    Cinlər və şeytanlar insana zərər verə bilər, lakin istədikləri hər bir insana təsir göstərə bilməzlər. Onlar əsasən iman və ibadətdən uzaq, günah içində yaşayan insanlara yaxınlaşa bilir. Günahlar - sanki insan ruhunda bir “boşluq” yaradır, bu boşluqlardan isə mənəvi zəiflik və mənfi enerjilər daxil olur.
    Bu təsir daha çox qüslsüzlük, dəstəmazsızlıq, cinsi təmizlik qaydalarına əməl etməmək, və ya ruhi boşluq, ədəbsiz davranış, mənəvi aşınma kimi hallarda müşahidə olunur. Bu cür hallarda ruh pozğunluqları, psixoloji təlatümlər və bəzi “cinnət” hallarının da məhz bu boşluqlardan qaynaqlandığı bildirilir.

    Əgər bir insan mənəvi cəhətdən “möhkəm qala” kimidirsə, cin və şeytan o qalaya daxil ola bilməz. Lakin günahlar və diqqətsizlik bu qalanın qapılarını açır. Ona görə də insan öz mənəvi sərhədlərini qorumaqla bu təsirlərdən uzaq qalmalıdır.

    Cinlərdən qorunma yolları

    İslam təlimlərinə görə, cinlərdən və şeytani təsirlərdən qorunmağın əsas yolu ibadət, zikr və təmizlikdir. Namaz və dua insanın ruhunu qoruyur, mənəvi boşluqları bağlayır. Qurani-Kərim oxunan yerlərdə cinlərin təsiri azalır, çünki ilahi kəlam onların daxil olmasına mane olur. İçki, qumar, zina kimi günahlar şeytani təsirləri artırır və insanı onların tələsinə salır.
    Cinlər əsasən enerji zəifliyi və ruhi boşluq olan insanlara yaxınlaşa bilir. Bu, çox vaxt psixoloji narahatlıq, qorxu, qapanıqlıq və zəif iradə kimi hallarla müşayiət olunur.

    Cinlərin aləmi və sərhədləri

    Cinlər “metafizik aləmdə” - yəni gözlə görünməyən bir müstəvidə yaşayır. Onlar bu aləmdən “şəhadət aləminə”, yəni görünən dünyaya istədikləri zaman keçə bilməzlər. Bu keçid yalnız müəyyən hallarda - enerji balansı pozulduqda, manyetik hadisələr baş verdikdə və ya medyum qabiliyyəti olan şəxslər vasitəsilə mümkün olur.

    Cinlər fiziki aləmdə uzun müddət qala bilməzlər. Onlar bir müddət sonra öz aləmlərinə qayıtmağa məcburdurlar. Əks halda, öz enerjilərini itirirlər. Bəzən zəif bədənlərdən, xəstə insanlardan və ya kiçik canlılardan enerji toplayaraq vaxt qazanmağa çalışırlar.

    Cinlər insanlardan nə mahiyyət, nə də yaradılış baxımından üstün deyillər. İnsan ilahi mükəlləfiyyət daşıyan, düşünən və qərar verən bir varlıq kimi cinlərdən qat-qat üstündür. Lakin iman və mənəvi zəiflik, günah və məsuliyyətsizlik insanı onların təsirinə açıq hala gətirir.
    Qorunmağın ən təsirli yolu günahdan uzaq yaşamaq, ibadət və zikrlə qalxanı möhkəmləndirmək, təmizlik və mənəvi ayıqlığı qorumaqdır.
    Cinlərdən qorxmağa əsas yoxdur, lakin təhlükəni dərk edib tədbir görmək imanlı insanın borcudur.

    #cinlər #Xəlifəlik mübarizəsi #Xəlifələr dövrü #İblis və cinlər #Cinlərin cinsiyyəti #İslamda cinlər #Cinlər haqqında məlumat #Cinlər və şeytanlar #Cinlər haqqında inanclar #Qədim mifologiyada cinlər #Cinlərdən qorunma yolları #Quran və cinlər #İslam və qeyri-müsəlman inanclarında cinlər #musiqi və cinlər #Qurani-Kərim cinlərin və şeytanın varlığınına dair dəlillər #Peyğımbərin sünnəsində cinlərin və şeytanın varlığınına dair dəlillər #Cinlərlə dostluq mümkündürmü #Cinlər insanlardan üstünmü #Cinlərdən necə qorunmalı? #xəlifə #Cinlər insana necə təsir edə bilər? #Cinlərin aləmi və sərhədləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36

    Hicr surəsi nədən bəhs edir?

    11 Noyabr 2025 09:11

    Ali İmran surəsi nədən bəhs edir?

    24 Oktyabr 2025 10:15

    Cinlərlə dostluq mümkündürmü?

    11 Oktyabr 2025 13:59

    Adəmoğulları arasında bütpərəstlik nə vaxt və necə başladı?

    5 Oktyabr 2025 20:20

    Peyğəmbərin sünnəsində cinlərin və şeytanın varlığınına dair dəlillər

    24 Sentyabr 2025 10:16

    Dövrünün siyasi xadimi və sahəbə - Abdullah ibn Zübeyr

    14 Sentyabr 2025 15:55

    Qurani-Kərim cinlərin və şeytanın varlığınına dair dəlillər

    3 Sentyabr 2025 10:36

    Azazel Nədir?

    30 Avqust 2025 14:28

    Vergidən sədəqəyə: İslamda sosial həmrəylik ənənəsi

    28 Avqust 2025 16:39

    "Cin" sözünün ərəbcə mənşəyi və mənaları

    27 İyun 2025 18:12

    Xortdan-Xoli nədir?

    7 İyun 2025 19:20
    Demo
    XƏBƏR LENTİ

    Suriya SDQ geri çəkilərkən stratejik körpüləri partladır

    Roma Papası “Templar cəngavərləri”ni rəsmi olaraq tanıdı

    Tarixdə bu gün – 14 yanvar

    Ağ Ev ilə Rza Pəhləvi arasında gizli görüş keçirilib - ABŞ KİV

    Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

    Tbilisi prospektində avtomobil yandı, yolda tıxac yarandı

    Prezident İlham Əliyevin Ağdərə sakini ilə səmimi söhbəti

    Tramp İrandakı etirazçılara çağırış etdi: “Yardım artıq yoldadır”

    “Biz amerikalı olmaq istəmirik”: Qrenlandiya Trampın ilhaq təhdidindən narahatdır

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.